DÜNYA
“Apple” onun proqramında səhv tapan məktəblini mükafatlandıracaq
Bakı, 8 fevral, AZƏRTAC
“Apple” korporasiyası “FaceTime” proqramında zəng edilən abonenti zəngə cavab verməzdən öncə eşitməyə və görməyə imkan yaradan səhvi hamıdan əvvəl aşkarlayan 14 yaşlı məktəbli Qrant Tompsonun ailəsini mükafatlandıracaq.
AZƏRTAC xəbər verir ki, The Verge portalının yaydığı məlumata görə, mükafatın məbləği açıqlanmır. Bundan başqa, kompaniya Qrant Tompsonun təhsil xərclərini də öz üzərinə götürüb.
“Apple” korporasiyası, həmçinin “FaceTime” proqramındakı səhvi aşkar edənlərə təşəkkürünü bildirib və həmin nasazlığın toxunduğu insanlardan üzr istəyib. Fevralın 7-də isə özünün iOS 12 mobil əməliyyat sistemində səhvi aradan qaldıran yenilənməni işə salıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:18]
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
- 08.05.2024 [21:17]
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]