Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar sektor: “uğur açarı” necə tapıldı

Aqrar sektor: “uğur açarı” necə tapıldı

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycanın yaşlı və orta nəsli bir-birindən tam fərqli iki siyasi-iqtisadi formasiyanın şahidi olub: planlı sosialist təsərrüfatı və bazar prinsiplərinə əsaslanan fərdi təsərrüfatçılıq. Kənd təsərrüfatına gəlincə, kolxoz və sovxozların yerini fermerlər və torpaq mülkiyyətçiləri tutub. Beləliklə, son 20-25 ilin təxminən yarısı keçid dövrünə sərf olunub. Aqrar sektorda yeni idarəçilik və təsərrüfatçılıq metodları yaranıb, bazar iqtisadiyyatının tələblərinə uyğun şəkil alıb.

İllər ötdükcə qazanılan təcrübə aqrar sahənin irəliləməsində bir növ kompas rolunu oynayıb və istiqaməti aydınlaşdırıb. Ölkə rəhbərliyinin düşünülmüş islahatları kənd təsərrüfatını intensiv inkişaf mərhələsinə çıxarıb, məhsul bolluğuna yol açıb. Azərbaycan iqtisadiyyatının strateji inkişaf mərhələlərinə nəzər yetirsək, “uğur açarı”nın necə tapıldığına müəyyən aydınlıq gələr.

Tarixə bir nəzər

Bir qədər də əvvələ qayıdıb 1970-1980-ci illərə nəzər salmağa ehtiyac duyuruq. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər həyatın bütün sahələrində, eləcə də kənd təsərrüfatı sahəsində dirçəliş və intibah dövrü kimi yadda qalıb. O vaxt hər şeyin Moskvanın mənafeyinə hesablanmasına, sosialist təsərrüfat sisteminin təzadlarına baxmayaraq, yaranan cüzi imkandan belə insanların güzəranının yaxşılaşdırılması naminə istifadə olunurdu. Çox qısa müddətdə pambıqçılıq, tərəvəzçilik və taxılçılıqda rekord nəticələr qeydə alındı. 1978-ci ildə Azərbaycanda 1 milyon ton pambıq istehsal edilməsi keçmiş ittifaqda böyük əks-səda yaratdı. 1984-cü ildə üzüm sahələri 2,3 dəfə, məhsul istehsalı 6 dəfə, məhsuldarlıq isə 2 dəfədən çox artdı. Bununla da Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş ittifaqda birinci yerə çıxdı. Tərəvəz istehsalı 1 milyon tona, tərəvəzin hər hektarının məhsuldarlığı 201-219 sentnerə çatdı ki, bu da keçmiş Sovetlər İttifaqının ümumi göstəricisindən 60 sentner çox idi. 1969-cu ilə nisbətən 1989-cu ildə taxıl istehsalını 573,9 min tondan 1211,3 min tona çatdırmaq mümkün oldu.

Yaşlı insanlar xatırlayırlar ki, məhz həmin illərdə kəndlərdəki palçıq daxmaların yerini daş evlər tutmağa başladı.

Torpaq islahatı və keçid dövrü

SSRİ-nin süqut etməsi və dövlət müstəqilliyimizin bərpa olunması həyatımızda hər şeyin 180 dərəcə dəyişməsi ilə nəticələndi, bir formasiyadan digərinə keçid baş verdi. Azərbaycan postsovet ölkələri arasında ilk olaraq torpaq islahatını həyata keçirdi. 1995-ci ildən başlayaraq “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq Məcəlləsi”, “Meliorasiya və irriqasiya haqqında”, “Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” və digər hüquqi normativ sənədlər imzalandı. Aparılan islahatlar nəticəsində dövlət damazlıq və toxumçuluq təsərrüfatları istisna olmaqla, sovxoz və kolxozların hamısı ləğv edildi. Ləğv edilən təsərrüfatların torpağı və əmlakı kəndlilərə paylandı. Aqrar islahatlar zamanı 863.787 ailə torpaq payı aldı, 824.072 vətəndaşa isə 382 milyon manatlıq əmlak payı verildi.

Beləliklə, Ulu Öndərin təşəbbüsü ilə torpaq onu əkib-becərənə - kəndliyə verildi və bununla da Azərbaycanda kənd təsərrüfatının inkişafının yeni mərhələsi başlandı. Bu mərhələdə inkişaf təbii olaraq çətin gedirdi. Xırda fermer təsərrüfatları əkin və becərmə işlərində bir sıra problemlərlə üzləşirdilər. Maddi vəsait və texnika çatışmazlığı ucbatından istənilən nəticəni əldə etmək mümkün olmur, bəzi hallarda qoyulan xərclər və çəkilən zəhmət hədər gedirdi. Belə məlum olurdu ki, kiçik fermer təsərrüfatları bu problemlərin öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil. Buna görə də kənd təsərrüfatının elmi əsasda inkişafını təmin edə biləcək strategiya və yanaşmalara ehtiyac duyulurdu.

Yeni hədəf və çağırışlar

Dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni - ikinci mərhələyə keçidinin təməlini qoydu. 2003-cü ilin noyabrında Prezident İlham Əliyevin Sərəncamı ilə qarşıya aqrar sahədə emal müəssisələri şəbəkəsinin inkişaf etdirilməsi, fermer təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi, xidmət servislərinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi vəzifələri qoyuldu. Həmçinin fermerlər üçün bir sıra güzəştlər müəyyən edildi. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olundular, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı əldə etdilər.

Həyata keçirilən islahatlar, müasir hədəf və çağırışlar aqrar sektorun lokomotivi olan dövlət qurumunun - Kənd Təsərrüfatı Nazirliyi strukturunun yenilənməsi, onun funksiyalarının, vəzifələrinin dəqiqləşdirilməsi zərurəti yaradırdı. Bu istiqamətdə ilk addım Prezident İlham Əliyevin 2005-ci il 20 aprel tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin təsdiqlənməsi oldu. Nazirliyin qarşısına kənd təsərrüfatı məhsullarının istehsalı və emalını, istehsalçılara zəruri xidmətlərin göstərilməsini, aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək və digər bu kimi mühüm vəzifələr qoyuldu. Daha sonra Prezidentin 2014-cü il 3 oktyabr tarixli Sərəncamına əsasən nazirliyin yeni strukturu müəyyənləşdirildi.

Beləliklə, köhnə idarəçilik metodlarının, inzibatçılığın yerini çevik və operativ idarəetmə tutmağa başladı. Bu gün nazirlik müasir dövrün çağırışlarına çevik reaksiya verən, ölkənin aqrar sahədəki hədəflərə doğru irəliləməsində mühüm rol oynayan mobil qurum təsiri bağışlayır. Nazir Heydər Əsədov başda olmaqla, nazirliyin rəhbər işçilərini, mütəxəssislərini tez-tez bölgələrdə görmək olar. Fermerlərin ehtiyacları və problemləri öyrənilir, dövlətimizin başçısı tərəfindən verilən tapşırıqların icrasına yönəlmiş tədbirlər görülür, yaranmış şəraitə uyğun vacib qərarlar qəbul edilir. Hazırda kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə edilməsi, ölkənin aqrar potensialının təbliği aqrar siyasətin əsasını təşkil edir.

Fermerə böyük dəstək

Prezident tərəfindən Dövlət Toxum Fondunun yaradılmasına, dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin artırılmasına, lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt edilməsinə, aqrar sahənin elmi bazasının gücləndirilməsinə dair müvafiq sərəncamlar imzalanıb. Təkcə 2015-ci ilin ötən dövründə 4400-dən çox sahibkara 166 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10200-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Fermerlərə hərtərəfli dövlət dəstəyi, aparılan struktur islahatları, reallaşdırılan layihələr uğurun əsas açarı sayıla bilər. Statistikaya nəzər salsaq, nəticələr daha aydın görünəcək: son 10 ildə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artıb. Kənd təsərrüfatının mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar artması ilə yanaşı, əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsində də əhəmiyyətli artımlara nail olunub. Bu amillər hesabına həmin dövrdə bitkiçilik məhsulları istehsalı 3 dəfə artaraq 2 milyard 627 milyon manatlığa çatıb. Heyvandarlıq məhsulları istehsalı isə 2004-cü ildəki 697 milyon manatlıqdan 2013-cü ildə 2 milyard 617 milyon manatlığa çatıb və yaxud təxminən 3,8 dəfə artıb. Hazırda onun kənd təsərrüfatı məhsulunun strukturunda payı 49,5 faizə bərabərdir.

Heyvandarlıqda həyata keçirilən islahatlar nəticəsində mal-qaranın baş sayının da sabit templə artımına nail olunub. 2004-2013-cü illərdə iribuynuzlu mal-qaranın baş sayı 17,1 faiz artaraq 2 milyon 713 minə, qoyun və keçilərin baş sayı 15,6 faiz artaraq 8 milyon 661 minə, quşların sayı isə 40,1 faiz artaraq 25,5 milyon başa çatıb.

Son 10 ildə torpaqların istifadə vəziyyətinin statistik təhlili göstərir ki, 2004-cü ildə mövcud olan 1 milyon 635 min hektar əkin yerinin 79,2 faizindən istifadə edildiyi halda, 2013-cü ildə bu göstərici 1 milyon 695 min hektara (99,4 faiz) yüksəlib.

Rekord məhsul

Prezident İlham Əliyev kənd təsərrüfatının ərzaq təhlükəsizliyində və qeyri-neft sektorunun inkişafında mühüm rolunu nəzərə alaraq, 2015-ci ili Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edib və bununla da aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Prezidentin tapşırığı ilə hazırlanan tədbirlər planında kənd təsərrüfatı məhsulları istehsalının dəstəklənməsi, elmi təminatın və kadr hazırlığının yaxşılaşdırılması, informasiya texnologiyaları üzrə infrastrukturun gücləndirilməsi və elektron kənd təsərrüfatı sisteminin yaradılması və digər bu kimi mühüm vəzifələr əksini tapıb.

İri fermer təsərrüfatlarının yaradılması istiqamətində işlərin davam etdirilməsi də gündəmdə olan vəzifələr sırasındadır. Bunun nə qədər səmərəli olduğunu həyat özü təsdiqləyir. Artıq respublikanın 19 rayonunda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı və s.) 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda taxılın məhsuldarlığı ölkə üzrə orta göstəricidən təxminən iki dəfə yüksəkdir və hektarda 50-60 sentnerə çatır. Hazırda Şabran, Siyəzən, Xızı, Goranboy və Şəmkir rayonlarında da iri taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində iş aparılır.

Təsadüfi deyil ki, bu il respublika tarixində ilk dəfə olaraq taxılçılıqda orta məhsuldarlıq 30 sentneri ötüb. Prezident İlham Əliyev Ağsuya səfəri zamanı iri fermer təsərrüfatlarının əldə etdiyi nəticələri yüksək qiymətləndirərək deyib: “Taxılçılıqda orta məhsuldarlıq bu gün Azərbaycanda ilk dəfə olaraq 30 sentnerdən yuxarıdır. Ağsuda təqribən 35 sentnerdir. Amma iri fermer təsərrüfatında bu, 50 sentnerdir. Bu, görünməmiş nailiyyətdir, yüksək nəticədir. Biz bu təcrübəni gərək başqa təsərrüfatlarda da tətbiq edək ki, daha da bol məhsul yetişdirək. Çünki insanların məşğulluğu, ərzaq təhlükəsizliyi, ümumiyyətlə, iqtisadi inkişaf üçün kənd təsərrüfatı xüsusi yer tutur”.

Südlük və ətlik istiqamətli iri fermer təsərrüfatlarının yaradılması sahəsində də işlər davam etdirilir. Yaxın vaxtlarda ölkəyə 7100 baş yüksək məhsuldar holştin-friz və simmental cinsindən olan damazlıq heyvanların gətirilməsi planlaşdırılır. Lizinq yolu ilə gətirilən heyvanlar iri təsərrüfatlarda yerləşdiriləcək və həmin heyvanların saxlanması, yemləndirilməsi, yetişdirilməsi, təkrar istehsalı ilə bağlı fermerlərə məsləhət xidmətləri göstəriləcək.

Xarici bazara çıxış və ərzaq təhlükəsizliyi

Gündəmdə olan digər aktual məsələ kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasıdır. Dövlətimizin başçısı məsələni belə qoyur: Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və yəni süd və ət məhsulları, digər məhsullar ixrac edilməlidir. Bunun üçün isə yeni texnoloji avadanlıqlarla təchiz olunan emal müəssisələri yaradılmalıdır.

Artıq bu istiqamətdə əməli işlər görülür. 2009-2015-ci illərdə “Aqrolizinq“ ASC vasitəsilə respublikaya 16 min başa qədər damazlıq qaramal gətirilərək istehsalçılara güzəştlə lizinqə verilib. Damazlıq heyvanların sayı artaraq 30 min başa çatıb. Ağcabədidə 3200, Xaçmazda 3000, Samuxda 2500, Ağdaşda 2400, Bərdədə 2000, İsmayıllıda 1500, Qəbələdə və Füzulidə 1000 başlıq iri heyvandarlıq kompleksləri yaradılıb. Həmçinin Şamaxı, Xızı, Tovuz və digər rayonlarda inşası yekunlaşmaq üzrə olan müasir heyvandarlıq kompleksləri də geniş perspektiv vəd edir.

Emal sənayesinə gəlincə, Bakı şəhərindəki “Milk Pro” MMC, Ağcabədi rayonundakı “Atena”, Lənkərandakı “Pal süd”, “Biləsuvar süd”, Salyan rayonundakı “Nurgün” süd emalı, “Hakan Fut”, “Səhliyalı”, “Aymin flaqman”, “Halal dad” ət emalı, “Kaspian Fiş” balıq emalı müəssisələrinin məhsulları İSO-9000 keyfiyyət sertifikatına layiq görülüb. Yeni texnologiyaların tətbiqi, emal edilmiş məhsulların çeşidinin və keyfiyyətinin artırılması istiqamətində dünya təcrübəsindən istifadə etməklə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə heyvandarlıq məhsulları emal edən avadanlıqların verilməsi xarici bazarlara yüksək keyfiyyətli məhsulların çıxarılmasına imkan yaradır.

Son vaxtlar Ağdaş, Göyçay, Qəbələ, İsmayıllı, Siyəzən və digər rayonlarda onlarla meyvə və üzüm emalı, şirə istehsalı müəssisələri fəaliyyətə başlayıb. Hazırda bu müəssisələrdə istehsal olunan məhsulların xarici bazara çıxarılması üçün yollar aranır.

Xüsusi aktuallıq kəsb edən ərzaq təhlükəsizliyinin ən önəmli komponentlərindən biri də taxıl və ərzaq buğdasıdır. Ölkəmizin taxıla illik tələbatı təxminən 3,5-4 milyon ton, o cümlədən ərzaq buğdasına tələbat 1,7 milyon ton təşkil edir. Bu, tələbatın təxminən 70-80 faiz ödənilməsi deməkdir. Əhalinin taxıl və çörək məhsullarına tələbatının bütünlüklə daxili istehsal hesabına ödənilməsi dövlətimizin başçısı tərəfindən vacib məsələ kimi qarşıya qoyulub. Odur ki, taxılçılıq sahəsində iri fermer təsərrüfatlarının yaradılması ilə bərabər, həmin məqsəd üçün seçilmiş torpaq sahələrində lazımi infrastruktur yaradılması, texniki təminat, meliorasiya və digər ümdə məsələlər dövlət tərəfindən hərtərəfli dəstəklənir. “Samur-Abşeron” suvarma sisteminin yenidən qurulması, Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr əkin dövriyyəsinə yeni torpaqlar cəlb etmək üçün böyük imkanlar yaradır.

Hazırda respublikada tərəvəz-bostan, meyvə məhsullarına olan tələbat daxili istehsal hesabına ödənilir və bu məhsulların ixrac potensialı yaranır. 2014-cü ildə adambaşına orta hesabla 163 kiloqram tərəvəz və bostan məhsulları, 85 kiloqram meyvə və 57,5 kiloqram kartof istehsal edilib. Bu da minimum istehlak normasından 1,3-1,8 dəfə çoxdur.

Modern istehsal və emal şəbəkəsi

“Kənd təsərrüfatı ili”nin ilkin nəticələri əsaslı irəliləyişdən xəbər verir. Prezident İlham Əliyev əldə olunan nəticələri və qarşıdakı hədəfləri belə dəyərləndirib: “Bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir və şadam ki, bol məhsul götürülübdür. Bu il kənd təsərrüfatı 7 faizdən çox artmışdır. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”.

Aparılan təhlillərdən göründüyü kimi, ölkəmizdə aqrar sektorun dinamik inkişafı üçün münbit zəmin var. Bu sahədə köklü dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb. Normativ hüquqi baza getdikcə təkmilləşdirilir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi keyfiyyətcə yeni mərhələyə keçidin təməlini qoyub. Artıq ölkəmizdə elmə və müasir texnologiyaya əsaslanan, modern istehsal və emal şəbəkələrinə istiqamətlənən kənd təsərrüfatının ştrixləri, qarşıdakı üfüqlər getdikcə daha aydın görünür.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Kənd Təsərrüfat Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cavid Süleymanov: Qələbədə təcrübəli voleybolçular və tapşırıqların düzgün icrası mühüm rol oynadı

Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub

Əməkdar artist Arif Mirzəyevin nəşi Vətənə gətiriləcək

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyə türkcəsində nəşr olunub

Trappesdə irqçi terror aktının şübhəlisi: Qurbanları etnik mənsubiyyətinə və dininə görə seçmişəm

Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı – Məhkəmədən qərar

Azərbaycan 178 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

Ruslan Atakişiyev: İslam maliyyəsində faizsizliyin mahiyyəti borc verərək üzərindən əlavə gəlir əldə edilməsinin qadağan olunmasıdır

COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış

Deputat: Konstitusiya Günü müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının, xalqın dövlətçilik iradəsinin təzahürüdür

Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb

Malik Həsənov: Əsas Qanunumuzun hüquqi qüvvəsi bu gün bütün suveren ərazilərimizdə bərqərar olub

COP31-də müzakirələr davam edir

Aşqabad səhnəsində Zəfər və Bayraq təntənəsi: Azərbaycan və Türkmənistan musiqiçilərindən möhtəşəm konsert

Sabahın hava proqnozu açıqlanıb

COP31-də bu gün “Dayanıqlı şəhərlər və tikilmiş ətraf mühit” mövzusu müzakirə olunur

İradə Hüseynova: Görkəmli alimlərin fəaliyyətinin təbliği gənclərin elmə marağını artırır

Şerif Foda: Enerji əməkdaşlığı Qafqaz regionunun beynəlxalq bazarlardakı mövqeyini gücləndirə bilər VİDEO

Şerif Foda: Enerji əməkdaşlığı Qafqaz regionunun beynəlxalq bazarlardakı mövqeyini gücləndirə bilər VİDEO

ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

Qazaxıstanda korrupsiyada şübhəli bilinən yüksəkvəzifəli iki məmur saxlanılıb

Nepalda mikroavtobusun dərəyə aşması nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb

Valeh Hacıyev: Xaricdə yaşayan azərbaycanlı alimlərin vahid platformalarda birləşdirilməsi mühüm istiqamətlərindəndir

İrqçi terror aktının əsas şübhəlisinin hədəf siyahısı Fransada siyasi narahatlıq yaradıb

® “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqlayıb

Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb

Elçin Babayev: Elmi tədqiqatla tədrisin uğurlu şəkildə uzlaşdırılması müasir dövrün əsas tələblərindəndir

Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb

Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb

Hirkan meşələri – təbiətin möcüzəsi VİDEO

Hirkan meşələri – təbiətin möcüzəsi VİDEO

Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb

Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb

Bu saata olan əsas xəbərlər

Dövlət payı 51 faizdən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaq

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ağarçin məbədi

Azər Bayramov: Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir

Naxçıvanda parkda donmuş halda tapılan kişinin həyatını xilas etmək mümkün olmayıb

Təbiətin gizli təhlükəsi: zəhərli göbələklərdən ehtiyatlı olun

Əmirulla Məmmədov: Gənclərin texniki və təbiət elmlərinə yönləndirilməsi vacibdir

Fransada harkilərin faciəli taleyi: Beş ailə yaxınlarının məzarlarının taleyi ilə bağlı məhkəməyə müraciət edib

Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq

Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur

2027-ci ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat vəsait nəzərdə tutulub

Zəfərdən dövlətçilik zirvəsinə: milli kimliyimizin üç mühüm günü ŞƏRH

BDU-da professor Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb

Himalay Məmişov: 2030-cu ildə cari xərclər tam olaraq qeyri-neft gəlirləri hesabına təmin olunacaq

Gələn il media qurumlarının xərclərinin qarşılanmasına 68,4 milyon manat vəsait ayrılacaq

NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO

NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO

Qvardiola ABŞ millisinin baş məşqçi postuna əsas hədəfdir

Nazir müavini: Növbəti ilin büdcəsi investisiyayönümlüdür

Nazir müavini: Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb

Qlobal bazarlarda süni intellekt şirkətlərinin səhmlərinə maraq kəskin artıb

COP31 Azərbaycanın beynəlxalq nüfuzunu və Türkiyə ilə strateji müttəfiqliyini bir daha nümayiş etdirir - ŞƏRH

Ötən ay qeyri-neft sektoru üzrə ixrac 414 milyon dolları ötüb

İqtisadiyyat naziri Hindistan şirkətlərinin rəhbərləri ilə mümkün birgə layihələri müzakirə edib

Oktyabrda qlobal miqyasda elektrikli avtomobil satışları 2,09 milyona çatıb

Deputat: Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi təməlini, milli iradəmizin əsasını təşkil edir

AQTA sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb

Qızılın qiyməti 4000 dollar həddindən aşağıdadır

Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş virtual və ənənəvi kitab sərgisi açılıb

Neft qiymətləri son iki ayın minimumuna enib

Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Xankəndidən səslənən Zəfər mesajı Azərbaycanın suveren iradəsinin təntənəsidir - ŞƏRH

“Xilasedici”nin baş məşqçisi: Qarşımızda yeni hədəflər var

İrakli Kobaxidze: Cənubi Qafqaz regionu Avropanı Şərqlə birləşdirən yeganə yoldur

Sankt-Peterburqda avtomobilin partlaması nəticəsində hərbi qulluqçu ölüb

Ötən gün 47 cinayətin açılması təmin olunub

Zərgərlik məmulatlarının əyarlanması və damğalanması ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

Şahin Əliyev: Dövlət idarəçiliyində süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması diqqət mərkəzindədir

Yaxın Şərqdə müharibənin Körfəz ölkələrinə vurduğu maddi zərər 200 milyard dolları ötüb

Alimlər süd vəzi xərçəngini erkən aşkarlayan qan testi hazırlayıblar

Cevdet Yılmaz: Azərbaycan-Türkiyə qardaşlığının qarşısında heç bir qüvvə dayana bilməz

Azərbaycanlı alim Səmərqənd Dövlət Universitetində mühazirə oxuyub

Uitkoff və Kuşner danışıqlar aparmaq üçün Moskvaya gəliblər

Fermer: Birgə mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısının alınmasına böyük töhfə verəcək

Avropa Kuboku: “Gəncə” Türkiyə klubu ilə qarşılaşacaq

Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib

Kommersiya qurumlarının sayı 6,4 faiz artıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Qətər: Hörmüz boğazında böhranın qlobal iqtisadiyyata təsiri getdikcə ağırlaşır

Xankəndidə payızın rəngləri - şəhərin gündəlik həyatından FOTOREPORTAJ

Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub

GDU-da “Uşaq hüquqları” mövzusunda tədbir təşkil olunub

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır

Millətlər Liqası: Türkiyə Belçika ilə qarşılaşır

ADAU-da Konstitusiyanın dövlətçilik tariximizdəki rolu və əhəmiyyəti vurğulanıb

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Şəmkirdə avtomobil yol kənarına yuvarlanıb, sürücü və sərnişin ölüb

Bu gün Dünya Keyfiyyət Günüdür

“Xilasedici” CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Mütərəqqi dəyərlərə söykənən Azərbaycan Konstitusiyası

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə edilir?

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bu gün Konstitusiya Günüdür