İQTİSADİYYAT
Argentina Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır
Bakı, 2 noyabr (AZƏRTAC). Ötən bir ildə Azərbaycan ilə Argentinanın arasında ticarət dövriyyəsinin həcmi 30 milyon dollar olmuşdur. Bu rəqəmi daha da artıra bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao demişdir. Səfərin məqsədi bir sıra sahələr üzrə, o cümlədən iki ölkənin şirkətləri arasında kommersiya əlaqələrini daha da genişləndirməkdir.
Qonaq diqqətə çatdırmışdır ki, son illərdə Argentinanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamışdır. Azərbaycan ilə bu sahədə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək istəyirik. Bundan başqa, kənd təsərrüfatında, xüsusilə dənli bitkilərin müasir texnologiyalar ilə yetişdirilməsi sahəsində, həmçinin informasiya texnologiyaları sahəsində əlaqələri inkişaf etdirmək niyyətindəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]