Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Arxeoloji tədqiqatlar Neolit və Eneolit dövrlərində Mil-Qarabağ bölgəsində qaynar həyat yaşandığını təsdiqləyir

Ağcabədi, 26 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Mil-Qarabağ arxeoloji ekspedisiyası 2008-ci ildən başlayaraq Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə antik və orta əsr şəhər məskənində tədqiqatlar aparır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya institutunun çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev AZƏRTAC-ın müxbirinə müsahibəsində Qalatəpədə və ətraf ərazilərdə aparılan aqxeoloji tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, ümumi sahəsi 26 hektar olan bu məskənin 2 hektara yaxın hissəsi akropolun - yuxarı şəhərin payına düşür. 2008-2013-cü illərdə burada 300 kvadratmetr sahə tədqiq edilib, 10 metrə yaxın mədəni təbəqə öyrənilib. İlkin tədqiqatlar abidənin üst qatının orta əsrlərə - IX-XIII əsrin əvvəllərinə aid olduğunu göstərir. Bu təbəqədə bişmiş kərpicdən inşa olunmuş tikili qalıqları, ocaq yerləri, gəcdən suvaq çəkilmiş döşəmələr açılıb, saxsı, daş, şüşə və metaldan hazırlanmış nümunələr əldə edilib.

Birinci qazıntı sahəsindəki orta əsr təbəqəsi daha əvvəlki dövrə aid çiy kərpic tikililərin üzərindədir. Hündürlüyü 6 metrə çatan divarlara malik bu tikililər mükəmməl istehkam qurğularının, ictimai binaların tərkib hissələridir. 6,4-8 metr dərinlikdəki mədəni təbəqə yanğın izləri və kül qatları ilə müşayiət olunur. Burada üzəri gillə suvanmış kiçik meydança və onun ortasında əhəng daşından hazırlanmış və antik dövr memarlığı üçün səciyyəvi sütun altlığı, ətrafında isə düzbucaqlı şəkildə iri ocaq qurğusu aşkarlanıb. Bu təbəqədə yanaraq kömürləşmiş iri ağac parçaları qalaqlanıb. Aparılan analizlər bu qalıqların təxminən 2 min il əvvələ aid olduğunu göstərir. Daş sütun altlığından aşağıda çiy kərpicdən inşa olunan daha qədim hörgüyə təsadüf olunub. Buradakı kvadrat şəkilli kərpiclər ölçülərinə görə son illər Şəmkir rayonunda rast gəlinən Əhəməni dövrünə (e.ə. V-IV əsrlər) aid sarayların, eləcə də Beyləqan rayonu ərazisindəki Qaratəpə yaşayış məskəninin (e.ə. V-I əsrlər) II mədəni təbəqəsində açılan tikililərin inşasında istifadə edilmiş çiy kərpiclərə bənzəyir. Bütövlükdə isə birinci qazıntı sahəsindən rast gəlinən artefaktlar, xüsusilə də üzəri qırmızı boya ilə naxışlanmış saxsı qab fraqmentləri Qalatəpənin antik nekropolundan tapılan nümunələrlə oxşarlıq təşkil edir. Bu günədək nekropolda 14 küp qəbir tədqiq olunub. Onların birində sağ böyrü üstə bükülü vəziyyətdə sol əlində kiçik ölçülü bardaq, sağ əlində isə dəmir tiyəli xəncər tutmuş şəxs dəfn edilib. Xəncərin dəmir dəstəyinə ağac və sümükdən tunc mismarlarla bərkidilmiş üzlük çəkilib. Qəbir avadanlığı arasında oval formalı şəffaf şüşədən hazırlanmış gemma maraq doğurur. Onun üzərində oyma üsulla döyüşçü təsviri həkk olunub: başında dəbilqə olan bu döyüşçü qabağa uzatdığı sol əlində kaman tutub, sağ əlini isə 3 ayaqlı dairəvi stolun üstünə qoyub. Kürəyində isə ox qabı və qılıncının dəstəyi görünür.

2013-2014-cü illərdə yuxarı şəhərin cənub-şərq hissəsindəki 200 kvadratmetr sahədə qazıntı işləri aparılıb. Hazırda burada qazıntılar davam edir. Hələlik Qalatəpənin ikinci qazıntı sahəsində 1,4-1,6 metr qalınlığında mədəni təbəqə açılaraq öyrənilib. Orta əsrlərə (XI-XIII əsrlər) aid bu təbəqə zəngin maddi qalıqları ilə diqqəti çəkir. Burada bişmiş və çiy kərpiclərdən tikili qalıqlarına, təndir və digər təsərrüfat quyularına, müxtəlif çeşidli, hətta bir qismi bütöv qalan saxsı qab nümunələrinə, çay daşlarından düzəldilmiş əmək alətlərinə, şüşə və metaldan hazırlanmış bəzək əşyalarına təsadüf edilib. Qazıntı nəticəsində gil qapaqların, qazanların, bardaqların, üzəri həndəsi və nəbati naxışlı şirli qabların, qabartma təsvirli kaşıların, şirli və şirsiz çıraqların, şüşə bilərziklərin böyük bir kolleksiyası toplanıb.

Qalatəpədə həyat monqolların ilk hücumlarından sonra dayanıb. Bunun əlamətlərini ikinci qazıntı sahəsinin 0,4-0,6 metr dərinlikdə yerləşən mədəni qatında aydın müşahidə etmək mümkündür. Ocaq üstündə qalan bütöv qazanlar, çaynik tipli təkqulp qab və küpə, digər gözəl şirli qablar sakinlərin evlərini ani olaraq tərk etdiyindən xəbər verir. Maraqlıdır ki, zamanına görə qiymətli sayılan bu əşyalar qarət olunmayıb, sakinlər isə bir daha doğma şəhərə qayıtmayıblar.

Qalatəpə şəhər məskənində son illərdə aparılan qazıntıların nəticələri bu abidənin antik müəlliflərin “Aynian”, “Enian”, orta əsr müəlliflərinin isə “Yunan” adlandırdıqları şəhərin xarabalığı olduğunu deməyə əsas verir. Qalatəpənin yerləşdiyi koordinatları da həmin şəhər haqqında mənbələrin verdiyi məlumatlara uyğundur. Qalatəpə tariximiz üçün Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın Uti vilayətində mövcud olmuş mühüm bir şəhər məskəni kimi də xüsusi əhəmiyyət kəsb edir.

Təvəkkül Əliyev bildirib ki, Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası hazırda Mil-Qarabağ bölgəsində tədqiqatları davam etdirir. I və IV Kamiltəpədə, Döllüktəpədə, Şahtəpə və onun ətrafında, eləcə də 18 və 124 saylı qədim məskənlərdə aparılan qazıntı işlərinin nəticələri Neolit və Eneolit dövrlərində (e.ə. VII - IV minilliklər) Azərbaycanın bu qədim bölgəsində baş verən sosial-iqtisadi proseslərin rekonstruksiyasında, burada təşəkkül tapan ibtidai cəmiyyətin mədəni-təsərrüfat həyatının ayrı-ayrı aspektlərinin araşdırılmasında əhəmiyyətli rol oynayır.

Beynəlxalq ekspedisiya hələlik əsas diqqəti toplanmış artefaktların kameral işlənməsinə və Qarasu hövzəsindəki 18 saylı con Neolit dövrü yaşayış məskənində qazıntılara yönəltsə də, Mil-Qarabağ düzündəki abidələrin qeydə alınması və xəritələşdirilməsi istiqamətində də iş aparır. Bu günədək Neolit dövründən son orta əsrlərə qədərki geniş tarixi mərhələni əhatə edən 180-ə yaxın abidə qeydə alınıb. Onların əksəriyyəti Qarqarçay, Honaşen, Qarasu və qismən də Şpartı (Şivarx) çayları boyunca cəmləşib. Tədqiqat zamanı həmin ərazilər peyk və CORONA, GeoEye ve Google Earth sistemləri ilə nəzərdən keçirilib, yaşayış məskənləri və qəbir abidələrinin yerləri müəyyən edilib. Bunlarla yanaşı, bölgədə qədim irreqasiya sistemlərini araşdırmaq məqsədilə arx və kanallarda şurflar qazılıb, profillər çıxarılıb, analiz üçün nümunələr götürülüb.

Müsahibimiz qeyd edib ki, Mil-Qarabağ düzənliyində aparılan ardıcıl tədqiqatlar Neolit və Eneolit dövrlərində (e.ə. VII - IV minilliklər) bu ərazinin əlverişli təbii-coğrafi şəraitə, münbit landşafta, xüsusilə şirin su qaynaqlarına malik olduğunu göstərir. Bunlar isə öz növbəsində bölgədə gur, qaynar həyatı şərtləndirib. İstehsal təsərrüfatının inkişafı nəticəsində burada oturaq əkinçilik mədəniyyəti formalaşıb. Bu mədəniyyətin daşıyıcıları olan qədim Azərbaycan əhalisi qonşu regionlarda, o cümlədən Mesopotamiyanın şimalında təşəkkül tapan erkən sivilizasiyalarla sıx əlaqələr saxlayıb. Erkən Dəmir dövründə, Antik dövrdə və Orta əsrlərdə də bölgə insan məskənləri ilə zəngin olub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək