SİYASƏT
AŞPA-NIN KOMİTƏ İCLASINDA DÜNYADA BAŞ VERƏN İQLİM DƏYİŞİKLİYİNİN YARATDIĞI PROBLEMLƏR MÜZAKİRƏ OLUNACAQDIR
Bakı, 1 sentyabr (AZƏRTAC). Milli Məclisin mədəniyyət komitəsi sədrinin müavini Rafael Hüseynov AŞPA-nın Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər üzrə komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 3-dən 5-dək Parisdə səfərdə olacaqdır.
Komitənin toplantısında Aralıq dənizi hövzəsində ekoloji vəziyyət, geotermal enerjinin tənzimlənməsi, hərbi tullantılar və ətraf mühit, dünyada baş verən iqlim dəyişikliyinin yaratdığı problemlər və digər məsələlər müzakirə ediləcəkdir.
Rafael Hüseynov komitənin xətti ilə “Səs və işıq ifratlarının ətraf mühit üçün yaratdığı risklər” mövzusu üzrə məruzəçi təyin edilmişdir. Komitənin iclasında deputatımız məruzənin qətnamə layihəsini təqdim edəcəkdir.