AŞPA-NIN MƏRUZƏÇİLƏRİ UKRAYNADADIR
AZƏRTAC-ın Kiyevdəki müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin məruzəçiləri Xane Severinsen və Renate Volvend Ukraynaya gəlmişlər. İndi onlar Dnepropetrovskdadırlar.
AŞPA-nın yüksək vəzifəli nümayəndələri öz səylərini oktyabrın 31-də Ukraynada keçiriləcək prezident seçkiləri ərəfəsində yerli və regional hakimiyyət orqanlarının fəaliyyəti ilə tanış olacaq, KİV-lərin nə dərəcədə müstəqil olduqlarını müşahidə edəcəklər.
Onlar Donetsk vilayətinə də gedəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [11:44]
Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür
- 15.11.2026 [15:47]