REGİONLAR
Astarada pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 31,7 faiz artıb
Astara, 26 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Astara rayonunda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 128566,3 min manatlıq, o cümlədən 71630,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 56936,3 min manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 8,8 faizi ticarət müəssisələri, 73,7 faizi fərdi sahibkarlar tərəfindən, 17,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 31,7 faiz artıb, fərdi sahibkarlar üzrə 6,8 faiz, bazar və yarmarkalarda isə 42,4 faiz azalıb.
Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 72,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 57,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]