SİYASƏT
ATƏT AZƏRBAYCANDA GENDER BƏRABƏRLİYİ VƏ MEDİANIN İNKİŞAFI İLƏ BAĞLI LAYİHƏLƏR HƏYATA KEÇİRƏCƏKDİR
Bakı, 30 avqust (AZƏRTAC). ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Əli Bilge Cankorel jurnalistlərlə müsahibəsində təmsil etdiyi beynəlxalq təşkilatın Azərbaycanda bir sıra mühüm layihələr həyata keçirmək niyyətində olduğunu açıqlamışdır.
Diplomat vurğulamışdır ki, bu layihələrdən biri ölkədə gender bərabərliyinə nail olunması sahəsində tədbirləri əhatə edəcəkdir. Bu layihədə əsas diqqət hüquq-mühafizə, o cümlədən polis orqanlarında qadınların sayının artırılmasına yönəldiləcəkdir.
Əli Bilge Cankorel reallaşdırılması nəzərdə tutulan digər bir əhəmiyyətli layihənin Azərbaycanda mətbuatın inkişafı ilə bağlı olacağını söyləmişdir. Demişdir ki, həmin layihədə ölkənin ali təhsil müəssisələrindəki jurnalistika fakültələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlərdən tutmuş dövlət orqanları ilə media arasında münasibətlərin sivil metodlarla inkişafınadək geniş spektrli məsələlər öz əksini tapacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib
- 07.05.2024 [16:28]