DÜNYA
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik: İran götürdüyü öhdəlikləri yerinə yetirib
Tehran, 24 noyabr, AZƏRTAC
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2017-ci il üçün hesabatı dərc olunub.
AZƏRTAC-ın məlumatına görə, hesabatda bildirilib ki, İran Qərb ölkələri ilə 5+1 formatında apardığı danışıqlara və əldə olunan razılaşmaya sadiq qalıb.
Qeyd olunub ki, 2015-ci ildə İranın BMT-nin 5 daimi üzvü və Almaniya ilə imzaladığı Hərtərəfli Birgə Fəaliyyət Planına əsasən atdığı addımlar beynəlxalq hüquqa uyğundur.
Hesabatda diqqətə çatdırılıb ki, İran razılaşmaya əsasən özünün nüvə proqramını məhdudlaşdırmaq istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Agentliyin mütəxəssisləri İranda apardıqları monitorinq zamanı heç bir qanunsuz fakt aşkar etməyiblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]