İQTİSADİYYAT
Auditorlar Palatasında seminar təşkil olunacaq
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 7-də Auditorlar Palatasında “Korrupsiya hüquqpozmalarına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin metodiki təminatı” və “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair tələblər haqqında Qayda" mövzularında seminar keçiriləcək.
Auditorlar Palatasından AZƏRTAC-a bildiriblər ki, seminarda hər iki mövzu üzrə təqdimat olacaq, eyni zamanda, səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalarda palatanın üzvlərinin iştirakı ilə bağlı mövcud problemlərə dair müzakirələr aparılacaq.
Tədbirdə auditor təşkilatlarının nümayəndələrinin və sərbəst auditorların iştirakı zəruridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]