MƏDƏNİYYƏT
“Avqust ayında doğulan Azərbaycanın Milli Qəhrəmanları” adlı videoçarx hazırlanıb
Bakı, 25 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Birinci Qarabağ müharibəsində şəhid olan igid oğulları tanıtmaq məqsədilə “Milli Qəhrəmanları unutmuruq” layihəsini həyata keçirir. Layihə çərçivəsində kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva “Avqust ayında doğulan Azərbaycanın Milli Qəhrəmanları” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda avqust ayında doğum günü olan Azərbaycanın Milli qəhrəmanları Ehtiram Əliyev, Rövşən Əliyev, Yunis Nəcəfovun Vətənin azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlar haqqında məlumatlar verilib.
Azərbaycan xalqı Vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla həmişə qürur duyur və müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri daim qəlbində yaşadır, onları gənc nəslə nümunə kimi təqdim edir.