Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Respublikanın müstəqillik illərində dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində nailiyyətlərini, həmçinin onun yüksək beynəlxalq nüfuzunu bu gün qeyd etmək xüsusilə xoşdur.

İcazə verin, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, Azərbaycan Respublikasına isə tərəqqi arzulayım.

Hörmətlə,

 

Bakıtcan Saqintayev

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin