Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Azərbaycan Cəmiyyətinin rus və ingilis dillərində nəşr etdirdiyi Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında iki kitabın təqdimatı keçirilmişdir

Bakı, 29 may (AzərTA). Mayın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) ingilis və rus dillərində nəşr etdirdiyi “Khojaly Witness of a war crime - Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) və “Qarabax. İstoriya v kontekste konflikta” (“Qarabağ. Münaqişə kontekstində tarix”) kitablarının təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə TEAS-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Bağıyev təmsil etdiyi qurumun reallaşdırdığı layihələrdən söz açmışdır. O, yeni çapdan çıxmış nəşrlərin Azərbaycanın haqq işinin dünyada daha geniş şəkildə təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, hər iki layihənin rəhbəri Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovdur.

Tədbirdə TEAS-ın sədri Tale Heydərov çıxış edərək bildirmişdir ki, son illər Azərbaycan sürətlə inkişaf edir. Ancaq Ermənistanın işğalçılıq siyasəti ölkəmizin inkişafına mənfi təsir göstərir. Hökumətin dəstəyi ilə yeni formalaşan Azərbaycan lobbisi və diasporu xarici ölkələrdə Azərbaycanın obyektiv mövqeyini əks etdirən kitabların nəşrinə nail olur. Bizim Cəmiyyətin də gördüyü işlər bu istiqamətdə reallaşdırılan mühüm layihələrə bir töhfədir.

Vurğulanmışdır ki, Londonun “Garnet” nəşriyyatının mətbəəsində çapdan çıxmış “Khojaly Witness of a war crime - Armenia in the Dock” kitabı (tərtibçilər: İen Pört, Fiona Maklaxlan) 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını ilkin mənbələrə əsasən sənədləşdirən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamı zamanı sağ qalmış insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur. Kitabda Qərb və Rusiya mediasında Xocalı soyqırımı ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer almışdır. Beynəlxalq insan hüquqları təşkilatlarının Xocalı qətliamına dair hesabatları topluda tam şəkildə dərc olunmuşdur. Xarici fotomüxbirlər Viktoriya İvlevanın, Frederik Lenqaiqnin, David Brauxlinin, Klaus Reysingerin, Lin Heng Shingin və George de Kerlinin çəkdikləri nadir fotoşəkillər də kitabda xüsusi yer tutur.

Vurğulanmışdır ki, kitaba beynəlxalq mediadan (“The Washington Post”, “Le Monde”, “The Times”, “Тrud”, “Коmsomolskaya pravda” və s.) daxil edilmiş materiallar və fotoşəkillər Avropa Azərbaycan Cəmiyyəti tərəfindən məxsusi anlaşma nəticəsində əldə edilmişdir və ilk dəfədir işıq üzü görür.

Diqqətə çatdırılmışdır ki, təqdim olunan “Qarabax. İstoriya v kontekste konflikta” adlı məqalələr toplusu isə Sankt-Peterburqdakı “Vestnik” nəşriyyatının mətbəəsində nəfis şəkildə çap olunmuşdur. Qarabağşünaslıq üçün böyük əhəmiyyəti olan bu toplu “Ön söz”, 18 məqalə, müəlliflər haqqında məlumat, coğrafi, siyasi və inzibati adlar göstəricisindən ibarətdir.

Məqalələr toplusu bu sahədə mühüm yenilik hesab edilə bilər. Kitaba məqalələri daxil edilmiş Azərbaycan, ABŞ, Böyük Britaniya və Yunanıstandan olan tədqiqatçılar öz sahələri üzrə tanınmış mütəxəssislərdir.

Kitab Qarabağın tarixinin öyrənilməsi və tanıdılmasında mühüm mənbə olacaqdır.

Tale Heydərov bildirmişdir ki, bu kitablar gələcəkdə digər Avropa xalqlarının dillərinə də tərcümə ediləcəkdir.

Mərasimdə çıxış edən “Khojaly Witness of a war crime - Armenia in the Dock” kitabının tərtibçisi İen Pört demişdir ki, nəşr hazırlanarkən Xocalıda yaşamış insanlardan məlumat toplanmış və xarici ölkə jurnalistlərinin materiallarından istifadə edilmişdir. Xocalı faciəsi dünyada ziddiyyətli şəkildə işıqlandırılır. Bu səbəbdən də faciənin əsl şahidləri ilə danışıb həqiqəti insanlara çatdırmağa çalışdıq. Dünya Xocalıda baş verən XX əsrin ən böyük faciəsinin əsl mahiyyətini anlamalıdır.

İen Pört demişdir ki, bizi narahat edən məsələlərdən biri də BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın haqq işini dəstəkləyən qətnamələrinin hələ də yerinə yetirilməməsidir.

Qonaq Qarabağın tezliklə azad olunacağına və doğma yurdlarından didərgin düşmüş insanlarımızın öz torpaqlarına qayıdacaqlarına əminliyini ifadə etmişdir.

Xocalı hadisələrini lentə almış fotoqraf xanım Frederik Lenqaiqn və Klaus Reysinger təqdimat mərasimində çıxış edərək 1992-ci ilin fevralında Ağdamda, Xocalıda gördükləri o dəhşətli anlardan və çəkdikləri şəkillərlə dünyanın diqqətini bu münaqişənin ədalətli həllinə yönəltmələrindən danışmışlar.

Mərasimə yekun vuran Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdir ki, bu gün çox mühüm bir hadisənin iştirakçısıyıq. Bu münasibətlə hər şeydən əvvəl, bu iki kitabın işıq üzü görməsində əməyi olan bütün insanlara, başda Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov olmaqla hər kəsə minnətdarlığımı bildirirəm.

Kitabın təqdimatının Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsini yüksək qiymətləndirən N.Məmmədov demişdir ki, bunun özü də olduqca yaxşı bir hadisədir.

Avropa Azərbaycan Cəmiyyətinin çox iş gördüyünü bildirən N.Məmmədov demişdir ki, bu gün təqdim olunan kitablar Cəmiyyətin fəaliyyətinin yalnız bir hissəsidir. TEAS-ın qarşıya qoyduğu məqsəd 22 il ərzində müstəqil Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri, mövcud vəziyyətini bütün Avropaya, beləliklə də dünyaya yaymaqdır. Hesab edirəm ki, onlar bu missiyanın öhdəsindən çox uğurla gəlirlər. Yeni kitabların təqdimatı ilə bərabər, eyni zamanda, bu gün Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Böyük Britaniyanın parlamentinin 10-a yaxın nümayəndəsi Azərbaycanda səfərdədir. Onların mayın 29-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulunda iştirak etmiş rəsmi şəxs kimi deyə bilərəm ki, çox gözəl bir görüş keçdi və Böyük britaniyalı parlamentarilər Azərbaycan haqqında öz təəssüratlarını Prezidentimizlə bölüşdülər.

Novruz Məmmədov demişdir: “XXI əsrin əvvəllərində yaşasaq da, bu gün beynəlxalq münasibətlərdə ən çox ehtiyac duyulan bir şey varsa, o da ədalətdir. Çox məşhur filosofun belə bir fikri var: “Tarix insan təfəkkürünün və fəaliyyətinin ən təhlükəli məhsuludur”. Bu gün müxtəlif ölkələrin tarixinə nəzər saldıqda, çox təəssüflər ki, bu fikrin müəyyən mənada həqiqət olduğunu görürük”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini demişdir ki, bu gün ölkəmizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı dünyanın əksər dövlətlərinin konkret mövqeyi olmasına baxmayaraq, artıq 22 ildir ki, ərazilərimiz işğal altındadır və bu münaqişənin ədalətli həlli üçün konkret addımlar atılmır. Dünyanın müxtəlif nöqtələrində, bölgələrində belə prosesləri müşahidə etmək mümkündür. Təqdim edilən kitablar müstəqilliyimizin ilk dövründə və dövlət suverenliyimizin bərpasından ötən müddətdə baş verən hadisələrin, xüsusilə də ərazilərimizin işğalı ilə bağlı proseslərin həqiqi tarixini bu gün bəşəriyyətə olduğu kimi təqdim edir. Sevindirici haldır ki, Avropa Azərbaycan Cəmiyyəti də bu istiqamətdə, torpaqların geri qaytarılması, ədalətin bərpa olunması üçün əlindən gələnləri edir. Bu da Azərbaycanın gördüyü işlərin bir hissəsi kimi olduqca təqdirəlayiqdir.

Mərasimdə bir daha vurğulanmışdır ki, Avropa Azərbaycan Cəmiyyəti bundan sonra da ölkəmizin haqq işinin dünyada təbliği istiqamətində mühüm layihələrə imza atacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb