DÜNYA
Avropa İttifaqı yeni magistral yolu maliyyələşdirir
Budapeşt, 24 iyun, AZƏRTAC
Avropa Komissiyası avtomagistralın Budapeşt şəhərini Rumıniya sərhədi ilə birləşdirən sahəsinin tikintisinə 265 milyon avro ayırdığını bildirib.
AZƏRTAC xəbər verir ki, Macarıstanın cənub-qərbində, Berettyuyfalu və Nadkereki şəhərləri arasında olan sahədə işlər 2020-ci ilin martında başa çatmalıdır. Bu yer Debretsen şəhərindən keçən M35 avtomagistral ilə birləşəcək. Avropa Komissiyasının məlumatında bildirilir ki, tikiləcək sahə Budapeştlə Rumıniya sərhədi arasındakı məsafəyə sərf olunan vaxta azı 2 saat 40 dəqiqə qənaət etməyə şərait yaradacaq.
Avropa İttifaqının regional siyasət məsələləri üzrə komissarı Korina Kretu deyib: “...Macarlar və rumınlar Budapeşt və Buxaresti daha tez və təhlükəsiz birləşdirən bu layihədən ilk bəhrələnən olacaqlar. Lakin yekunda avropalıların hamısı və Avropa iqtisadiyyatı regionun ən yaxşı əlaqəsindən və bu əlaqənin ticarət, turizm və inkişaf üçün müsbət xarici təsirindən tam faydalanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]