DÜNYA
Avropa Mərkəzi Bankı 2013-cü ildə avrozona iqtisadiyyatın tənəzzülünün artacağını proqnozlaşdırır
Bakı, 10 may (AZƏRTAC). Avropa Mərkəzi Bankı (AMB) 2013-cü ildə ümumi daxili məhsulun 0,4 faiz azalacağı barədə məlumat verərək, iqtisadiyyatın dinamikası üzrə öz proqnozunu pisləşdirmişdir.
AMB-nin əvvəlki proqnozu iqtisadiyyatın tənəzzül edəcəyini (ÜDM-nin artımı 0,0 faiz) nəzərdə tuturdu. Müvafiq informasiya AMB-nin mayın 9-da açıqlanmış və valyuta blokunun iqtisadi artım perspektivlərinə həsr olunmuş aylıq məruzəsində yer almışdır.
Qeyd edək ki, AMB-nin əvvəlki proqnozu 3 ay əvvəl açıqlanmışdır.
Bundan əlavə, AMB gələn il üçün də iqtisadi artım proqnozunu pisləşdirərək bildirmişdir ki, 2014-cü ildə ÜDM-nin 1 faiz artacağını gözləyir, hərçənd AMB daha əvvəl 1,1 faiz iqtisadi artım proqnozlaşdırmışdı.
2015 və 2017-ci illər üçün proqnozlar dəyişməmişdir.
AMB yenilənmiş proqnozunda göstərir ki, cari ildə əvvəllər elan olunduğu kimi 1,8 faiz deyil, 1,7 faiz səviyyəsində inflyasiya gözlənilir.
AMB-nin inflyasiya üzrə məqsədli göstəricisi 2 faizdən bir qədər aşağı səviyyədədir.