SİYASƏT
AVROPA ŞURASININ BAŞ KATİBİ VALTER ŞVİMMERİN AZƏRBAYCANA SƏFƏRİ
ÜMUMMİLLİ LİDERİMİZ, PREZİDENT HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
Respublikamızda səfərdə olan Avropa Şurasının baş katibi Valter Şvimmer və onu müşayiət edən şəxslər aprelin 7-də işgüzar görüşlərinə başlamazdan əvvəl Fəxri xiyabana gələrək, Azərbaycanın ümummilli lideri Prezident Heydər Əliyevin məzarını ziyarət etmişlər.
Valter Şvimmer Azərbaycan dövlətinin qurucusu, xalqımızın müdrik rəhbəri, ümummilli liderimiz Prezident Heydər Əliyevin məzarı önünə əklil qoymuşdur.
Ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyini vurğulayan hörmətli qonaq Azərbaycanla təmsil etdiyi beynəlxalq qurum arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsində əvəzsiz xidmətləri olmuş dünya şöhrətli dövlət xadimi Heydər Əliyevə Allahdan rəhmət diləmişdir.