DÜNYA
Avstraliyada təbii yanğınlar iki nəfərin ölümünə səbəb olub
Kanberra, 26 noyabr, AZƏRTAC
Avstraliyanın cənubundakı Adelaida şəhəri yaxınlığında baş vermiş təbii yanğın iki nəfərin ölümünə, 13 nəfərin xəsarət almasına səbəb olub.
Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, təqribən 85 min hektar ərazini əhatə edən yanğın nəticəsində 56 yaşlı qadın və 69 yaşlı kişi həlak olublar. Cənubi Avstraliya ştatının Baş naziri Cey Uerezil bildirib ki, daha bir nəfərin həlak olması barədə məlumat daxil olsa da, bu, hələ dəqiqləşdirilməyib.
C.Uerezilin sözlərinə görə, xəsarət alan 13 nəfər, o cümlədən 2 yanğınsöndürən xəstəxanaya yerləşdirlib. Onlardan beşinin vəziyyəti daha çox ağırdır.
Hazırda yanğınsöndürənlər on kilometrlərlə ərazini ağuşuna almış yanğınla mübarizəni davam etdirirlər. Bunun üçün 300-dən çox yanğınsöndürən cəlb olunub. Yaxın bir neçə gündə onların yanan əraziləri əhəmiyyətli dərəcədə azaldacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra