DÜNYA
Avstraliyanın Baş naziri iyunun sonlarında Kiyevə səfər etməyi planlaşdırır
Tokio, 17 iyun, AZƏRTAC
Avstraliyanın Baş naziri Entoni Albaneze Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə iyunun sonlarında Kiyevə səfər etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 17-də Avstraliyanın 9News telekanalı Ukrayna səfirliyinə istinadla məlumat yayıb.
Bildirilir ki, səfər NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammitindən dərhal sonra baş tuta bilər. Qeyd edilir ki, Avstraliyanın Baş naziri həmin sammitdən sonra bütün təhlükəsizlik tədbirləri təmin olunacağı halda Kiyevə səfər edə bilər.
Avstraliya Baş nazirinin dəftərxanasının məlumatına əsasən, NATO sammitinə qatılmaq üçün Avropaya səfər edən E.Albaneze burada Fransa Prezidenti E.Makron ilə ikitərəfli görüş keçirəcək. Həmçinin bildirilir ki, Kiyevə səfərin detalları barədə ölkənin təhlükəsizlik xidmətinin müvafiq tövsiyəsi əldə olunduqdan sonra rəsmi məlumat yayılacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio