DÜNYA
Avstriya sikkəxanası yeni xatirə sikkələri buraxıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Avstriya sikkəxanası 3 avro nominalında yeni xatirə sikkələri satışa çıxarıb.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, sikkənin dizaynını Avstriya sikkəxanasının baş qraveri Helmut Alekslinqer hazırlayıb. Sikkənin bir üzündə dağılmış qəsrin üzərindən uçan yarasa, digər üzündə isə 12 heyvan təsvir olunub. Reversdə "Avstriya Respublikası" qeyd olunub və sikkənin nominalı 3 avro göstərilib.
Diametri 34 millimetr olan sikkənin çəkisi 16 qramdır. Sikkəxanada cəmi 50 min ədəd sikkə kəsiləcək. Bir sikkənin qiyməti 20 faiz əlavə dəyər vergisi daxil olmaqla 9,90 avrodur. Pullar rübdə bir təxminən 3 il ərzində buraxılacaq. Belə ki, 2017 və 2018-ci ildə 8 sikkə (pələng, timsah, canavar, akula, bayquş, qurbağa və digər) buraxılması gözlənilir. Tısbağa, susamuru və xərçəng təsvirli sikkələr 2019-cu ildə buraxılacaq.