CƏMİYYƏT
Avtobusda sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxs saxlanılıb
Bakı, 11 fevral, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə fevralın 4-də rayon ərazisində “Daewoo” markalı marşrut avtobusunda bir nəfərin Bakı şəhər sakini A.Dəllalianın mobil telefonunu soyğunçuluq yolu ilə alması və avtobusdan düşərək qaçması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacağayev polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]