İQTİSADİYYAT
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2 mindən çox sığorta tələbi qeydiyyata alınıb
Bakı, 7 iyul, AZƏRTAC
İyun ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (AVSMMİS) üzrə büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2 238 sığorta tələbi qeydiyyata alınıb.
İSB-dan AZƏRTAC-a bildiriblər ki, bu tələblər üzrə 2,6 milyon manat məbləğdə sığorta ödənişi həyata keçirilib. İyunda nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 144 manat təşkil edib. Ümumilikdə, 2016-cı ilin yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 9 255 sığorta tələbi üzrə 11 milyon 577 min 849 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 3 faiz azalma müşahidə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]