SİYASƏT
AXC AZƏRBAYCAN XALQININ XX ƏSR TARİXİNDƏ MÜHÜM MƏRHƏLƏDİR
Naxçıvan, 27 may (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı AXC-nin ildönümünə həsr olunmuş konfrans keçirmişdir.
Təşkilatın sədri Əmir Babayev AXC-nin Azərbaycan tarixində mühüm mərhələ olduğunu, xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının və suverenliyinin bünövrəsini qoyduğunu qeyd etmişdir. Xatırlatmışdır ki, bu əlamətdar gün Prezident Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar tarixli Sərəncamından sonra geniş qeyd edilir. Həmin sərəncamdan keçən müddət ərzində AXC-nin fəaliyyətinə həsr olunmuş ikicildlik ensiklopediya, 7 cilddən ibarət külliyyat hazırlanmış, Azərbaycan tarixinin bu dövrü ilə bağlı namizədlik və doktorluq dissertasiyaları yazılmışdır. Ötən il isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamla AXC-nin 90 illik yubileyi geniş qeyd olunmuşdur.
Çıxışlarda AXC-nin tariximizdə yeri, demokratik respublika dövründə görülmüş işlər xatırladılmışdır.