CƏMİYYƏT
Axtarışda olan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir
Bakı, 9 fevral (AZƏRTAC). Fevralın 8-də respublikanın daxili işlər orqanları tərəfindən 54 cinayət faktı qeydə alınmışdır.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, onların da 35-nin üstü “isti izlər”lə açılmışdır. Ötən günlərdən bağlı qalmış 1 cinayətin də üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər yaralanmışdır.
Daxili işlər orqanlarının əməkdaşları narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən etmişlər.
Cinayət törətdiyinə görə 35 nəfər tutulmuşdur.