Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azadlıq meydanında tikilən ikimərtəbəli yeraltı avtomobil dayanacağında işlər yekun mərhələyə qədəm qoymuşdur

Bakı, 25 may (AZƏRTAC). Bu gün paytaxt Bakıda yeni infrastrukturlar sırasında yeraltı avtomobil dayanacaqlarının geniş şəbəkəsi də diqqəti cəlb edir. Bütün meqapolislərə xas olan nəqliyyat sıxlığının aradan qaldırılmasında önəmli rol oynayacaq belə layihələrdən biri də paytaxtın Azadlıq meydanında həyata keçirilir. Bakının baş meydanında yaradılan ikimərtəbəli yeraltı avtomobil dayanacağının inşasına 2011-ci ilin sentyabrında başlanmışdır. Artıq obyektdə tamamlama işləri görülür. Ümumilikdə 8 giriş-çıxışı olan yeraltı dayanacaq 1500-dən çox avtomobil üçün nəzərdə tutulmuşdur.

Çoxlu sayda nazirliklərin, komitələrin, mehmanxanaların, həmçinin dəniz vağzalının, ticarət obyektlərinin və Dənizkənarı Milli Parkın bu ərazidə yerləşməsi nəqliyyat vasitələrinin sıxlığına, tıxacların yaranmasına səbəb olur ki, bu da piyadalar üçün təhlükə yaradır. Buna görə də yeraltı dayanacaq bu ərazidə problemin həllində müsbət rol oynayacaqdır.

Obyektdə ağır zəhmət tələb edən işlər artıq arxada qalmışdır. İnşaatçılar yeraltı kompleksdə havalandırma sisteminin avadanlığını quraşdırır, döşəmədə izolə işlərini görür, giriş-çıxışlarda tamamlama işlərini icra edirdilər. Növbə yeni başladığından iş icraçısı Famil Hidayətovu böyük bir ərazini əhatə edən ikimərtəbəli kompleksdə axtarıb tapmaq heç də asan olmadı. İş icraçısı ikinci mərtəbədə havalandırma sisteminin avadanlığını quraşdıran çilingərlərə işçi layihə üzrə tapşırıq verirdi. F.Hidayətov dedi ki, hazırda dayanacaqda havalandırma, siqnalizasiya sistemləri quraşdırılır, döşəmə və dizayn işləri yerinə yetirilir. Bu, böyük layihədir və onun vaxtında reallaşdırmaq üçün 200-300 fəhlə 2-3 növbəli rejimdə işləyib. Hazırda isə iş yekunlaşmaq üzrə olduğundan onların sayı təxminən 150 nəfərdir.

Ərazini gəzərkən dayanacağın hər mərtəbəsində avtomobillərlə yanaşı, piyadalar üçün də ayrıca yolun olması diqqətimizi çəkdi. F.Hidayətov dedi ki, dayanacağa avtomobillərin daxil olması üçün nəzərdə tutulmuş alt və üst mərtəbəyə aparan iki yolun girişi Hökumət Evinin sağ tərəfindədir. Buradan dayanacağa daxil olan avtomobillər digər tərəfdən çıxacaqdır. Ümumiyyətlə, avtomobil giriş-çıxışlarının yanında paralel olaraq piyadalar üçün də yol salınmışdır. Buradakı bütün qurğular ən yüksək standartlara uyğundur. Sürücülər avtomobillərinin təhlükəsizliyinə də tam əmin ola bilərlər. Çünki yeraltı dayanacaqda bütün proseslərə müşahidə kameraları vasitəsilə nəzarət ediləcəkdir.

Həmsöhbətimiz bu yeraltı dayanacaqda 1500-dən çox avtomobilin saxlanılmasının mümkün olduğunu vurğulayaraq bildirdi ki, belə bir kompleksin şəhərimizin mərkəzində yaradılması çox vacibdir. Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırmışdır. Burada keçirilən maraqlı tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının çoxalması ərazidə tıxaclara səbəb olur və piyadalar üçün təhlükə yaradırdı. Yeraltı avtomobil dayanacağı bu problemi aradan qaldırmağa kömək edəcəkdir. Eyni zamanda, dayanacaq yoldakı tıxacın qarşısını alacaq və avtomobillərin yolun kənarında saxlanılmasına da son qoyacaqdır.

Azadlıq meydanının hərbi parad keçirilməsi üçün də tam hazır olduğunu deyən F.Hidayətov bildirdi ki, avtomobil yolu istifadəyə verilərkən sınaq işləri görülmüşdür. Sınaq işlərini dövlət sifarişi ilə “Azərkörpü” Səhmdar Cəmiyyəti aparmışdır. Bu yeraltı dayanacağın üstündən ağır hərbi texnika keçərkən örtük piltələrində norma üzrə gərilmə 14 millimetr nəzərdə tutulduğu halda, sınaq zamanı nəticə 1,6 millimetr olmuşdur. Bu nəticə bizim işimizə verilən qiymət idi. Burada istifadə edilən beton da yoxlamadan keçirilmişdir. Bütün bunlar bir daha sübut edir ki, Azadlıq meydanı hərbi parada tam hazırdır.

İş icraçısının və inşaatçıların daha çox vaxtını almaq insafdan deyildi. Hiss olunurdu ki, onlar paytaxtın bu vacib infrastrukturunu tezliklə istifadəyə vermək üçün növbə normasını artıqlaması ilə yerinə yetirməyə çalışırdılar...

 

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO