İQTİSADİYYAT
AZAL Miles proqramının iştirakçıları üçün yenilik tətbiq olunub
Bakı, 3 noyabr, Elvin Camalov, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC (AZAL) AZAL Miles proqramının iştirakçıları üçün yenilik tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gündən etibarən AZAL Miles bonus proqramının iştirakçıları topladıqları balları təkcə müntəzəm reyslər üçün deyil, həm də bütün mövsümi reyslər, o cümlədən yalnız yay aylarında Türkiyənin kurort şəhərləri - İzmir, Bodrum, Dalaman şəhərlərinə yerinə yetirilən reyslər üçün mükafat aviabiletlərinə dəyişə bilərlər. Bundan əlavə, mövsümi reyslərə görə iştirakçılara proqramın qüvvədə olan qaydalarına əsasən ballar hesablanacaq.
Qeyd edək ki, bu qayda aviabilet turizm paketlərindən ayrı, həmçinin aviaşirkətin www.azal.az saytında onlayn rejimdə əldə edildiyi hallarda tətbiq edilir.
Əlavə məlumat üçün [email protected] müştəri xidmətlərinə müraciət etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]