İQTİSADİYYAT
AZAL Naxçıvana uçuş planlaşdıran sərnişinlərə xəbərdarlıq edib
Bakı, 17 dekabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Naxçıvana uçuş planlaşdıran sərnişinlərə xəbərdarlıq edib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, “www.azal.az” saytında aparılan texniki işlərlə əlaqədar 2020-ci il yanvarın 8-dən sonra yerinə yetirilən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə reyslərə aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti mümkün olmayacaq. Texniki işlərin yanvarın 7-də də başa çatması planlaşdırılır. Yanvarın 8-dən əvvəl yerinə yetirilən uçuşlar üçün aviabiletlərin onlayn satışı məhdudiyyətsiz aparılacaq.
Qeyd edilən dövr üçün biletlərin əldə edilməsi ilə bağlı “Silk Way Travel”in ofisinə (Bakı şəhəri, Nizami küçəsi, 126), həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda və Naxçıvanın hava limanındakı kassalarımıza müraciət etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]