ELM VƏ TƏHSİL
Azərbaycan alimi ölkəmizin latın qrafikalı əlifbaya keçid təcrübəsini Qazaxıstanın elm və təhsil işçiləri ilə bölüşür
Bakı, 10 sentyabr (AZƏRTAC). Azərbaycan alimi ölkəmizin latın qrafikalı əlifbaya keçid təcrübəsini Qazaxıstanın elm və təhsil işçiləri ilə bölüşür.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar olaraq, akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Məsud Mahmudov Qazaxıstanın Elm və Təhsil Nazirliyi tərəfindən dəvət almışdır. O, qardaş respublikanın dilçi mütəxəssisləri ilə görüşmüş, latın qrafikasına keçid istiqamətində ölkəmizin təcrübəsindən danışmışdır. Azərbaycanlı mütəxəssis bu islahatlarda iştirak edən digər türkdilli respublikaların, o cümlədən Orta Asiya ölkələrinin də təqdim etdiyi layihələrlə tanış olmuş, onlar barədə fikir mübadilələrində iştirak etmişdir.
Dilçi alimimiz Qazaxıstan əlifbasının Azərbaycan və türk əlifbalarına uyğunlaşdırılmasını daha məqsədəuyğun hesab etmişdir.
Qazaxıstan Respublikası Dövlət Dil Komissiyasının üzvlüyünə də qəbul olunmuş M.Mahmudov bildirmişdir ki, qonşu ölkə bütün islahat təkliflərini dəyərləndirdikdən sonra 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçəcəkdir.