ELM VƏ TƏHSİL
Azərbaycan alimi Rusiya Fotobioloji Cəmiyyətinin VII qurultayının təşkilat komitəsinin üzvü seçilmişdir
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, professor Rövşən Xəlilov sentyabrın 14-dən 20-dək Rusiya Federasiyasının Krasnodar vilayətində keçiriləcək Rusiya Fotobioloji Cəmiyyətinin VII qurultayının təşkilat komitəsinin üzvü seçilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, Rusiya Fundamental Tədqiqatlar Fondunun dəstəyi ilə keçiriləcək konfransda Rusiyanın və digər xarici ölkələrin fotobiologiya, biofizika, biokimya sahəsində çalışan tanınmış alimləri iştirak edəcəklər.