SİYASƏT
AZƏRBAYCAN BÖHRANA ƏN DAYANIQLI ÖLKƏLƏR QRUPUNDADIR
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov AZƏRTAC-a bildirmişdir ki, Beynəlxalq Valyuta Fondunun hesabatına görə, hazırda Azərbaycan böhrana ən dayanıqlı ölkələr qrupundadır. Azərbaycanın böhrana məruz qalması üçün heç bir fundamental makroiqtisadi amil yoxdur. Bu il Azərbaycan ödəmə balansını çox əhəmiyyətli profisitlə başa vuracaqdır.
E.Rüstəmovun demişdir ki, gələn il hətta neftin qiymətinin aşağı düşəcəyi təqdirdə belə, ödəmə balansının profisiti, yəni artıqlığı 10 milyard ABŞ dollarından yuxarı olacaqdır. Hazırda ölkənin strateji valyuta ehtiyatlarının həcmi 18 milyard 200 milyon ABŞ dolları, xarici borcu isə özəl sektorla birlikdə 8 milyard dollara yaxındır. Bu o deməkdir ki, xarici valyuta ehtiyatlarımız bütün borclarımızı 2 dəfə üstələyir.