İDMAN
Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirdə iki medal qazanıblar
AZƏRTAC xəbər verir ki, yarışda 12 ölkədən 109 boksçu birincilik uğrunda mübarizə aparıb.
“Baku Fires” klubunun boksçularından Soltan Migitinov (81 kq) və Omar Omarov (91 kq) turniri üçüncü yerdə başa vurublar.
London Olimpiadasının iştirakçısı Soltan Migitinov ilk döyüşdə rusiyalı Hacımurad Xasxanova 2-ci raundda texniki nokautla qalib gəlsə də, yarımfinalda Məhəmmədmurad Arslanbekova uduzub. Milli komandamızın boksçusunun məğlubiyyətində hakimlərin də “rolu” olub. S.Migitinov bir dəfə rəqibini noqdauna salsa da, hakimlər 2 dəfə boksçumuza xəbərdarlıq verməklə sonda yerli idmançının qələbəsini təmin ediblər.
Omar Omarov ilk görüşdə rusiyalı Abdulla Abdullayevi məğlub etsə də, yarımfinalda Vadim Lixmana uduzub. Dünya və Avropa çempionu Albert Səlimov da ilk dəfə Azərbaycan bayrağı altında beynəlxalq turnirdə iştirak edib. “Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talibovun sözlərinə görə, A.Səlimovun ilk qarşılaşmada məğlubiyyəti üçün hakimlər əlindən gələni ediblər.