İDMAN
Azərbaycan boksçuları Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış edirlər
Bakı, 16 may (AZƏRTAC). Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş boks turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan idmançıları da mübarizə aparırlar.
Turnirin ilk günündə iki boksçumuz rinqə çıxmışdır. Hacı Fərziyev (49 kq) rusiyalı Vasili Yeqorova uduzaraq mübarizəni dayandırmışdır. Milli komandamızın üzvü Rauf Rəhimov (81 kq) isə yarışa qələbə ilə başlamışdır. Boksçumuz iranlı Hacıabbasi Məcidini üstələmişdir.
Növbəti gün daha 3 boksçumuz rinqə çıxmışdır. Tural Əhmədov (56 kq) Rusiya təmsilçisi Vladimir Kormiki məğlub etmişdir. Boksçumuz ikinci görüşdə də qələbə qazanmışdır. T.Əhmədov bu dəfə Çha Gil Yonqdan (Koreya Xalq Demokratik Respublikası) üstün olmuşdur. İman Əhmədli də (64 kq) turnirə qələbə ilə başlamışdır. Boksçumuz moldovalı Dmitri Qanevi məğlub etmişdir.
Son dünya çempionatının iştirakçısı Pərviz Bağırov (69 kq) da qələbəyə sevinmişdir. Həmyerlimiz Çin idmançısı Fanq Jen Yunu yarışdan kənarlaşdırmışdır.