İQTİSADİYYAT
Azərbaycan bu il Gürcüstana 37,7 milyon dollarlıq elektrik enerjisi ixrac edib
Tbilisi, 20 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstana 37 milyon 772,6 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, 8 ayda Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur.
Gürcüstan Elektrik Enerjisi Kommersiya Operatorunun hesabatına görə, bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 760,53 milyon kilovat/saat elektrik enerjisi idxal edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]