SİYASƏT
Azərbaycan Cenevrədə keçiriləcək BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin sessiyasında təmsil olunacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
Oktyabrın 2-6-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyası keçiriləcək.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin də nümayəndə heyətinin tərkibində həmin sessiyada iştirakı nəzərdə tutulur.
Səfər çərçivəsində bir sıra görüşlərin və tədbirlərin keçirilməsi planlaşdırılır.