İDMAN
Azərbaycan cüdoçuları Mayamidə keçiriləcək dünya birinciliyində iştirak edəcəklər
Bakı, 2 avqust (AZƏRTAC). Avqustun 8-dən 11-dək ABŞ-ın Mayami şəhərində cüdo üzrə dünya birinciliyi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, çempionatda ölkəmizi təmsil edəcək komandanın heyəti müəyyənləşmişdir.
Heyətdə Natiq Qurbanlı, Elnur Abbasov (hər ikisi 50 kq), İlkin Babazadə, Rüfət Tağızadə (hər ikisi 60 kq), Elnur Əhmədli, Vasif Talıbov (hər ikisi 66 kq), Məhərrəm Məhərrəmov (73 kq), Xalid Mexdiyev (90 kq-dan yuxarı), Leyla Əliyeva və Fəridə Həsənova (hər ikisi 40 kq) yer almışlar.
Qeyd edək ki, qalib idmançılar 2014-cü ildə Çin Xalq Respublikasının Nankin şəhərində keçiriləcək yeniyetmələr arasında Olimpiya oyunlarına vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [13:57]
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
- 03.05.2024 [12:23]
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
- 03.05.2024 [11:31]
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
- 03.05.2024 [10:49]