İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” QSC-də geniş kollegiya iclası keçirilib
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində geniş kollegiya iclası keçirilib.
QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov kollegiya iclasında dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
C.Qurbanov bildirib ki ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən intensiv şəkildə aparılır.
Hazırda dəmir yolunda bir sıra yeni layihələr icra olunur. Bu nəhəng qurumun infrastrukturunun
yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldiləsi istiqamətində bütün qüvvələr səfərbər olunub.
Sonra C.Qurbanov bildirib ki, bir çox problemlər də mövcuddur, məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər. Bununla əlaqədar struktur islahatlarının aparılmasına ciddi ehtiyac yaranıb.
Geniş kollegiya iclasında bir neçə idarə və stansiya rəhbəri işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad
edildi.