SİYASƏT
Azərbaycan DİN-in RF-dəki nümayəndəsi Moskva iğtişaşlarında Azərbaycan vətəndaşının həlak olması barədə bəzi KİV-lərin yaydığı xəbəri təkzib etmişdir
Moskva, 16 dekabr (AZƏRTAC). Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı rəsmi nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirmişdir ki, Moskvada Azərbaycan vətəndaşının milli zəmində öldürülməsi barədə bəzi KİV-lərin yaydıqları informasiya həqiqətə uyğun deyildir. Onun sözlərinə görə, bu informasiya Moskva milisinin rayon bölməsi tərəfindən yoxlanılmış və təsdiqini tapmamışdır. E.Səmədov vurğulamışdır ki, əməliyyat məlumatlarına görə, Azərbaycan vətəndaşının öldürülməsi barədə heç bir məlumat qeydə alınmamışdır. E.Səmədov demişdir: “Biz Rusiya DİN-lə daim birbaşa əlaqə saxlayırıq və vəziyyəti izləyirik. Moskvanın hüquq mühafizə orqanları paytaxtda vəziyyəti nəzarətdə saxlamaq üçün zəruri olan bütün tədbirləri görürlər”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva