İDMAN
Azərbaycan Güləş Federasiyasının elan etdiyi fotomüsabiqənin qalibləri müəyyənləşmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “İdman ili” çərçivəsində geniş ictimaiyyətin güləş idman növünə və güləşçilərimizin nailiyyətlərinə diqqətini artırmaq və idman fotojurnalistikasını inkişaf etdirmək məqsədi ilə Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan etmişdi.
AZƏRTAC xəbər verir ki, müsabiqə mayın 12-13-də Bakıda keçirilmiş sərbəst güləş üzrə dünya kuboku yarışları zamanı təşkil olunmuşdu.
Müsabiqəyə müraciət edən 20-yə yaxın fotoqraf 400-dək foto təqdim etmişdir. İki mərhələli seçim prosesindən sonra elan edilmiş nominasiyalar üzrə qaliblər müəyyənləşmişdir.
Qaliblərin mükafatlandırılması dekabrda ilin yekunlarına dair təşkil olunacaq mərasimdə keçiriləcəkdir.