Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi: tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol

Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi: tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı hazırladığı məqalədə ölkələrimizin müstəqillik illərində tarixi dostluqdan strateji müttəfiqliyə gedən yolda qazandığı uğurlardan bəhs olunur. AZƏRTAC məqaləni təqdim edir.

x x x

Ortaq soykökü, birgə tarix, mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan müasir dövrdə Avrasiya məkanında müstəqil siyasət yeridən lider dövlətlərdir. Hər iki ölkə mühüm geostrateji mövqeyə, zəngin enerji resurslarına malikdir, enerji və nəqliyyat qovşaqlarının üzərində yerləşir və tarixən harmonik multikultural mühitlə fərqləniblər. Xəzər dənizinin şərq sahilində yerləşən Qazaxıstan Azərbaycan üçün Şərqə doğru mühüm dəhliz, Azərbaycan isə Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan qapıdır.

Bir çox analitiklər Avrasiya regionunda strateji əhəmiyyətinə görə Qafqaz, Mərkəzi Asiya və Balkanları bərabər tuturlar. Bu bölgələr geosiyasi çəkisinə, eləcə də fərqli sivilizasiyaların kəsişmə mövqeyində yerləşməsindən irəli gələn coğrafi əhəmiyyətinə görə fərqlənirlər. Təsadüfi deyil ki, qlobal geosiyasi mühitdə transformasiyaların getdiyi yeni dünya nizamında hər üç region qaynar bölgə hesab olunur və bu bölgələrdə etnik-dini münaqişələr davam edir. Buna görə də geosiyasi cəhətdən bu qədər həssas regionlarda milli maraqlara söykənən müstəqil siyasət yeritmək olduqca çətindir.

Sovetlər İttifaqının dağılmasından sonra əsrin dörddəbirini geridə qoyan Azərbaycanın və Qazaxıstanın müstəqil dövlət olaraq formalaşmasının ağırlığı, ilk növbədə, siyasi liderlərin çiyinlərinə düşmüşdür. Məhz Heydər Əliyev dühasının və Nursultan Nazarbayevin uzaqgörən siyasəti hesabına hər iki respublika beynəlxalq aləmdə müstəqil dövlət kimi mövqelərini ortaya qoya bildilər. Ümumiyyətlə, hər bir xalqın həyatında taleyüklü şəxsiyyətlərin mühüm rolu olmuşdur. Əgər ingilislər üçün bu şəxsiyyət Uinston Çörçill, amerikalılar üçün Corc Vaşinqton, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, ruslar üçün I Pyotr, çinlilər üçün Mao Tsze Dun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün ulu öndər Heydər Əliyev, qazaxlar üçün isə Nursultan Nazarbayevdir. Hər iki lider, eyni zamanda, türk dünyasının inteqrasiyası yolunda da tarixi missiyaları ilə yaddaşlara yazılıb.

2017-ci il Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illik tarixi ilə əlamətdardır. Bu 25 illik tarixi dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Nursultan Nazarbayevin əsasını qoyduqları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilən dostluq və qardaşlıq əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2005-ci ildə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalamaqla ölkələrimiz təbii strateji tərəfdaşlığını rəsmiləşdirmişdir.

Hazırda Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Ali və yüksək səviyyədə davamlı olaraq qarşılıqlı səfərlər, müxtəlif tədbirlərdə görüşlər həyata keçirilir. Sonuncu dəfə cari ilin aprel ayında Qazaxıstan Respublikası Prezidentinin Azərbaycana baş tutmuş rəsmi səfəri münasibətlərimizin daha da dərinləşməsinə və konkret sahələr üzrə yeni əməkdaşlıq sahələrinin müəyyənləşməsinə güclü təkan vermişdir.

Hər iki ölkə ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq və regional təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyir. Hətta fərqli siyasi və iqtisadi birliklərdə təmsil olunsalar belə qarşılıqlı dəstəyi nümunəvi adlandırmaq doğru olar. Bu mənada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Qazaxıstanın göstərdiyi prinsipial mövqe olduqca böyük əhəmiyyət daşıyır. Nursultan Nazarbayevin Moskvada keçirilən Avrasiya Ali İqtisadi Şurasının zirvə görüşündə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması zamanı bu ittifaqın sərhədlərinin dəqiqləşdirilməsinin vacibliyi ilə bağlı nümayiş etdirdiyi mövqe bütün Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni hərbi qüvvələrinin təxribatı nəticəsində baş verən hadisələr zamanı Qazaxıstan ictimaiyyətinin sosial şəbəkələr və mətbuat vasitəsilə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi iki qardaş xalqın hisslərinin təbii ifadəsi kimi qəbul olunur.

Azərbaycan və Qazaxıstan artıq dünya miqyasında etibarlı tərəfdaş kimi tanınırlar. Müxtəlif beynəlxalq layihələrin iştirakçısı və müəllifi olan ölkələrimiz daim öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Buna görə də hər iki ölkəyə qlobal müstəvidə böyük inam və etimad vardır. Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, Qazaxıstanın isə 2017-2018-ci illərdə bu mötəbər mövqeyə layiq görülməsi ölkələrimizə böyük inamın bariz nümunəsidir. Bu, cəmi 25 il ərzində beynəlxalq münasibətlər sisteminin müstəqil üzvü olan iki qardaş dövlətin zəfəridir.

Hər iki ölkə türkdilli xalqların inteqrasiyası istiqamətində də birgə addımlayır. Azərbaycan Qazaxıstan, Türkiyə və Qırğızıstanla birgə 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşü zamanı əsası qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsisçisidir. Eyni zamanda, ölkələrimiz türkdilli ölkələr arasında parlament diplomatiyasının, elmi, mədəni əməkdaşlığın gücləndirilməsini ortaq tədqiqatların və layihələrin həyata keçirilməsini istiqamətləndirən Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası çərçivəsində fəal iştirakçılardır. Fikrimcə, Qazaxıstanda latın qrafikasına keçidlə bağlı qəbul edilən qərar humanitar sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəkdir. Türk Şurasının artıq 3 üzvünün latın qrafikasında əlifba sistemindən istifadəsi gələcək nəsillərin qarşılıqlı anlaşmasını daha da intensivləşdirməyə xidmət edəcəkdir.

Azərbaycan və Qazaxıstan bütün dünyada fərqli dəyər daşıyıcılarının birgəyaşayışının uğurlu nümunəsi kimi tanınırlar. Şərqlə Qərbin, Şimalla Cənubun, İslamla xristianlığın kəsişməsində yerləşən Azərbaycan və Qazaxıstan müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirir. Hər iki ölkədə çoxmillətli və çoxkonfessiyalı cəmiyyət mövcuddur. Digər tərəfdən, artıq dünyada monokultural və monoetnik cəmiyyət və ölkə anlayışı qəbul olunmur. Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər. Müasir dünyanın daha çox müxtəlif dinlərin, mədəniyyətlərin və ümumilikdə fərqliliklərin toqquşması ilə müşayiət olunduğunu nəzərə aldıqda, tolerantlıq və harmoniyaya söykənən bir həyat tərzinin dövlət siyasəti kimi dünyada təqdimatı olduqca aktualdır.

Hazırda dünyada mədəniyyətlərin barışmazlığı, İslam aləmində müxtəlif məzhəb və təriqətlər arasında mübarizənin artması, Qərb-İslam münasibətlərinin kəskinləşməsi və müxtəlif fobiyaların güclənməsi fonunda həm Azərbaycan, həm də Qazaxıstan mədəniyyətlərarası dialoqa töhfə vermək üçün addımlar atır. 2011-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. 2016-cı ildə isə Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişdir. Bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirilmiş, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Qazaxıstanda da Dünya və Ənənəvi Din Liderlərinin qurultayları, Mənəvi Mədəniyyət üzrə Dünya Forumu kimi dinlər və sivilizasiyalararası dialoqa çağırış edən mötəbər tədbirlər keçirilir. Bütün bunlar ölkələrimizin dünyada sülh, barışıq və birliyə çağırışının göstəricisidir. Həm Azərbaycan, həm də Qazaxıstan “həmrəylik nümunəsini” bütün dünyaya, o cümlədən İslam aləminə çatdırır.

Yüksək səviyyəli siyasi münasibətlərimiz iqtisadi əməkdaşlığımızın daha da dərinləşdirilməsinə yeni imkanlar açır. Xəzər dənizinin əks sahillərində yerləşən Azərbaycan və Qazaxıstanın tranzit mövqeyi və müvafiq kommunikasiya infrastrukturu Şərq-Qərb nəqliyyat dəhlizində ölkələrimizə üstün mövqe qazandırır. Hazırda Qazaxıstan öz neftini Bakı-Tbilisi-Ceyhan kəməri, eləcə də dəmir yolu vasitəsilə Avropaya nəql edir. Hər iki ölkə qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır. Statistik göstəricilərə əsasən, indiyədək Azərbaycandan Qazaxıstana 195 milyon ABŞ dolları, Qazaxıstandan Azərbaycana isə 68 milyon ABŞ dolları həcmində investisiya qoyulmuşdur.

Keçən il iki ölkə arasında qeydə alınan 125 milyon dollarlıq ticarət dövriyyəsinin yaxın gələcəkdə bir neçə dəfə artırılması proqnozlaşdırılır. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Qazaxıstanda Aktau limanının yenidən qurulması Şərq-Qərb nəqliyyat dəhlizində ölkələrimizin qarşısında yeni imkanlar açır. Bundan əlavə, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra dəfələrlə artacaqdır.

Azərbaycan və Qazaxıstanın strateji coğrafi mövqeyi ölkələrimizin iqtisadi əlaqələrinin çoxvektorlu olmasına şərait yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Xəzərdən Avropaya doğru, Qazaxıstandan şərqə doğru neft və dəmir yolu xətləri isə Çin istiqamətində vahid dəhliz yaradır. Yeni minillikdə Çinin irəli sürdüyü və həyata keçirməyə başladığı “İpək Yolu İqtisadi Kəməri”nin Şərqlə Qərb arasında ən böyük qovşaq olması gözlənilir. “Bir kəmər-bir yol” təşəbbüsü adlandırılan bu dəhliz Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın yeni istiqamətləri üçün mühüm perspektivlər vəd edir.

Beləliklə, diplomatik münasibətlərin qurulduğu 25 il ərzində iki qardaş və dost ölkə olan Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası siyasi, iqtisadi, ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışlar. Türk dünyasının bu iki yüksələn ulduzu gündən-günə bütün dünyada böyük hörmətlə qarşılanır və etibarlı tərəfdaş kimi tanınır. Əsrin dörddəbiri ərzində keçilən yol qarşıdakı 25 ildə daha uğurlu əməkdaşlıq vəd edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV