SİYASƏT
AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI ÜÇÜN KİV-İN ÜZƏRİNƏ BÖYÜK VƏZİFƏ DÜŞÜR
Bakı, 22 yanvar (AZƏRTAC). Yanvarın 22-də Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun televiziya bölməsinin iclası olmuşdur.
Azərbaycan Televziyasının rəhbərliyi və Rusiyanın aparıcı televiziya kanallarının nümayəndələrinin iclasında ölkələrimizin kütləvi informasiya vasitələri arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Bildirilmişdir ki, bir-birimizi daha yaxşı tanımaq üçün medianın rolu olduqca böyükdür. Ölkələrimizi ortaq tarixi dəyərlər birləşdirir. Xalqlarımız arasında əlaqələrin inkişafı, mədəniyyəti və tarixi barədə informasiyanın daha geniş məkanda işıqlandırılması üçün imkanlar mövcuddur. Tərəflər bundan mütləq faydalanmalıdır. Bu baxımdan televiziyaların üzərinə böyük məsuliyyət düşür.
Tədbirdə Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyəti vurğulanmışdır.
Rusiyalı qonaqlar Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür etmiş, ölkələrimz arasında əməkdaşlığa dahi rəhbər Heydər Əliyevin göstərdiyi diqqəti xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, bu siyasət hazırda ölkələrimizin prezidentləri tərəfindən uğurla davam etdirilir.