İQTİSADİYYAT
Azərbaycan ilə Serbiya arasında birbaşa hava əlaqəsinin yaradılması istiqamətində işlər davam etdirilir
Bakı, 3 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Serbiya ilə “Hava əlaqəsi haqqında” Sazişin imzalanması istiqamətində işlər davam edir.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirib ki, hər iki ölkənin aviaşirkətlərinin uçuşları üçün tələb olunan hüquqi baza formalaşdırıldıqdan sonra uçuşların başlanmasına qərar verilə bilər. Hazırda bununla bağlı müvafiq iş aparılır.
Xatırladaq ki, cari ilin aprel ayında Bakıda Azərbaycan Respublikası və Serbiya Respublikası aviasiya administrasiyalarının nümayəndələri arasında danışıqlar keçirilib. Tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında müntəzəm uçuşların yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]