Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN İNGİLTƏRƏYƏ PƏNCƏRƏ AÇDI
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BÖYÜK BRİTANİYA SƏFƏRİ BARƏDƏ AZƏRTAC MÜXBİRLƏRİNİN FOTOREPORTAJI

Böyük Britaniya nüfuzlu bir dövlət kimi istər Avropada, istərsə də dünya miqyasında özünəməxsus yer tutur. Zəngin ənənələrə malik olan və onları əsrlərin sınağından çıxararaq indi də xüsusi bir mühafizəkarlıqla qoruyub saxlayan bu ölkədə tarixi meyarlarla müasir dövrün əlamətləri arasında qəribə bir vəhdət, uyarlıq yaranmışdır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında dövlət başçısı kraliçadır, ancaq demokratik hakimiyyət orqanı olan parlament də vardır. Hazırda dünyanın ən inkişaf etmiş ölkələrindən, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Böyük Britaniya gənc müstəqil dövlətin - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi ən ali dərəcəli qonaqlara məxsus yüksək diplomatik səviyyədə qarşıladı.

Doğrudur, ölkənin müxtəlif dairələrində Azərbaycan haqqında olduqca az məlumata malikdirlər. Lakin Qərbin bu nüfuzlu ölkəsində Prezidentimiz Heydər Əliyevi çox yaxşı tanıyır, ona dünyanın ən görkəmli siyasətçilərindən biri kimi böyük maraq göstərirlər.

Azərbaycan dövlətinin başçısı səfərinin elə ilk günü əməli görüşlərə başladı. İngiltərə nazirləri, iş adamları ilə görüşdü. Fevralın 23-də məşhur Forin offisdə Prezidentimizin təntənəli rəsmi qarşılanma mərasimi keçirildi. Heydər Əliyev yüksək şərəf və ehtiramla qarşılandı. Bundan sonra Baş nazir Con Meycorla danışıqlar başlandı, iki dövlət arasında çox mühüm müqavilələr bağlandı. Beləliklə, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın möhkəm bünövrəsi qoyuldu.

Heydər Əliyevlə İngiltərənin keçmiş Baş naziri, siyasət aləmində “dəmir ledi” adı ilə məşhur olan Marqaret Tetçerin görüşü dünyanın iki görkəmli siyasi xadiminin açıq və səmimi dialoquna çevrildi.

Sonra Azərbaycan Prezidenti Avropa Yenidənqurma və İnkişaf Bankında oldu. Bu bank ölkəmizdə həyata keçiriləcək bir sıra irimiqyaslı layihələrin maliyyələşdirilməsinə kömək göstərəcəkdir.

İngiltərə parlamentinin aşağı palatasında - icmalar palatasında Azərbaycan rəhbəri ilə görüşlər çox mənalı keçdi. Əzəmətli Vestminster sarayında yerləşən parlamentin özünəməxsus ənənələri var. Heydər Əliyev burada olarkən Baş nazir Con Meycor palatada çıxış etdi. Sonra Prezidentimiz Azərbaycanla bağlı xüsusi olaraq yaradılmış parlament fraksiyasının deputatları ilə söhbət etdi, respublikamızın müasir həyatı barədə onlara məlumat verdi.

İqtisadi islahatlara başlayan respublikamız üçün Qərbin ən nüfuzlu firmaları ilə əlaqələr qurmaq və Azərbaycana investisiya qoyulmasına nail olmaq çox vacibdir. Ona görə də Böyük Britaniyanın iş adamları, nüfuzlu şirkətləri ilə görüşlər səfərin proqramında mühüm yer tuturdu. Keçirilən görüşlər, aparılan danışıqlar uğurlu nəticələr verdi. Məsələn, Ci-Pi-Ti şirkəti respublikamızda rabitə sisteminin tamamilə yenidən qurulması və modernləşdirilməsində yaxından iştirak edəcəkdir. “Kayzer inciniriq” şirkətinin Sumqayıt alüminum zavodunda aparacağı yenidənqurma sayəsində müəssisənin istehsal gücü bir neçə dəfə artacaq, həmin şirkət respublikamıza böyük məbləğdə kredit ayrılmasına kömək göstərəcəkdir. “Con Braun” şirkəti kimya müəssisələrimizdə fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın yeniləri ilə əvəz olunması və bu zavodların istehsal gücünün artırılması üçün layihələr hazırlamışdır. Həmin layihələrə əsasən yaxın illərdə bir sıra istehsal sahələri ən müasir avadanlıqla təchiz ediləcəkdir. ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən iki şikətin - “Aviayşn lizit qrup” və “Buffalo eyrveis” şirkətlərinin prezidenti, əslən Cənubi Azərbaycandan olan Fərhad Əzima respublikamıza hərəsi 250 yerlik iki ədəd “Duqlas” təyyarəsi verəcəkdir. Fərhad Əzimanın köməyi ilə Londondakı Norveç Bankı “Azal”a xeyli kredit ayıracaqdır. Azərbaycanla çoxdan əməkdaşlıq edən “Britiş Petroleum” şikəti ilə də hərtərəfli danışıqlar aparıldı.

Heydər Əliyevin İngiltərə energetika, kənd təsərrüfatı, balıqçılıq, ərzaq, dənizaşırı ərazilərlə iş üzrə dövlət nazirləri ilə görüşlərinin nəticələri də Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına yaxın vaxtlarda öz müsbət təsirini göstərəcəkdir.

Britaniya sənayeçiləri konfederasiyasında Heydər Əliyevi mehribanlıqla qarşıladılar. İngiltərənin “Britiş Petroleum” və Norveçin “Statoyl” şirkətlərinin təşkil etdiyi bu görüşdə Azərbaycan Prezidenti nitq söylədi. O, ölkəmizdəki ictimai-siyasi durum, demokratik proseslər, müharibənin gedişi barədə geniş bəhs edərək dedi ki, Azərbaycanın qapısı sənayeçilərin üzünə açıqdır. Respublika hökuməti Azərbaycana maraq göstərən hər bir iş adamı ilə sıx əlaqələr qurulmasına tərəfdardır və onların vəsaitinin qorunmasına tam təminat verir. Azərbaycan Prezidenti onu da bildirdi ki, müstəqil respublikamız sərbəst bazar iqtisadiyyatı yolunu seçmiş, dünya demokratiyasının qabaqcıl təcrübəsindən hərtərəfli istifadə edir və bu yoldan heç vaxt dönməyəcəyik.

Fevralın 23-də respublika Prezidenti və onu müşayiət edən şəxslər Böyük Britaniya Beynəlxalq Əlaqələr İnstitutunda oldular. Heydər Əliyev buradakı çıxışında səfərin yekunlarından, iki dövlət arasında əməkdaşlığın perspektivlərindən geniş bəhs etdi. O, görüş iştirakçılarında Ermənistanın Azərbaycana təcavüzü barədə də aydın təəssürat yaratdı. Prezident divardan asılmış Azərbaycan xəritəsinə yaxınlaşaraq müharibənin başlanması səbəbləri, onun gedişi, işğal olunmuş ərazilərimiz haqqında dolğun məlumat verdi. Bir saatdan çox davam edən görüşün iştirakçıları Azərbaycan dövlətinin başçısını diqqətlə dinlədilər. Heydər Əliyev suallara verdiyi cavablarda da “Dağlıq Qarabağ problemi”nin əsl mahiyyətini tamamilə açıqladı.

Vestminster Abbatlığı Londonda ziyarət yerlərindən biridir. Ölkənin kraliçası və digər yüksək vəzifəli şəxslər, ildə bir neçə dəfə bu əzəmətli saraya ziyarətə gəlirlər. Burada Böyük Britaniya əsgərinin rəmzinə çevrilən naməlum əsgər dəfn edilib. Heydər Əliyev fevralın 23-də Vestminster Abbatlığına gəldi, naməlum əsgərin xatirə lövhəsinin qarşısına əklil qoydu. Daha sonra o, binanın salonlarına baxdı. Səfərin sonuncu günü tədbirlər nisbətən az olsa da, Oksford Universitetində görüş xüsusilə yaddaqalan idi. Universitetin rektorluğu Heydər Əliyevin şərəfinə qəbul düzəltdi. Qəbulda Oksfordda çalışan ən məşhur alimlər iştirak edirdilər. Onlarla söhbət zamanı ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi perspektivləri, tələbə mübadiləsi, müxtəlif universitetlərin bir-biri ilə elmi informasiya, fikir mübadiləsi aparması, habelə aspirantların və yüksək ixtisaslı alimlərin ixtisasartırma kursları, birgə seminarlar təşkili məsələləri nəzərdən keçirildi. Heydər Əliyev universitetin alimləri qarşısında geniş nitq söylədi.

Respublika Prezidenti Heydər Əliyev Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşə də xeyli vaxt ayırdı. Bu görüş dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində mühüm tədbirlərdən birinə çevrildi. Azərbaycan Prezidentinin Londonda keçirdiyi mətbuat konfransı, Böyük Britaniyada akkreditasiyadan keçmiş bir qrup xarici jurnalist və ölkə qəzetlərinin baş redaktorları ilə görüşü, Bi-Bi-Si-nin müxbirləri ilə söhbətləri də istər bu ölkənin, istərsə də Qərbin digər ölkələrinin ictimaiyyətində Azərbaycan haqqında aydın təsəvvür yaradılması üçün çox əhəmiyyətli və faydalı oldu.

Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri İngiltərə mətbuatında geniş işıqlandırıldı. İngiltərənin ən məşhur qəzetləri, jurnalları özlərinin hər nömrəsində səfərin gedişinə xüsusi yer ayırırdılar. Ölkə televiziyasının müxtəlif kanallarında Azərbaycan Prezidentinin görüşləri, aparılan danışıqlar və onların nəticələri haqqında operativ süjetlər verilirdi. Heydər Əliyevin Con Meycorla görüşünə, Prezidentimizin təntənəli qarşılanması və sənədlərin imzalanması mərasimlərinə İngiltərə televiziyasında xüsusi yer ayrıldı. Bu süjetlər Avropanın digər ölkələrində də translyasiya edildi.

Britaniyanin yüksək vəzifəli dövlət adamları, mətbuat orqanlarının icmalçıları, ekspertlər Azərbaycan Prezidentinin ölkəyə səfərini yüksək qiymətləndirdilər. Onlar səfərin uğurlu nəticələrindən, bağlanmış sazişlərin əhəmiyyətindən geniş bəhs edərək iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədim qoyduğunu bildirdilər. İcmalçıların bir çoxlarının fikrincə, Heydər Əliyevin bu səfəri zamanı Azərbaycan öz qapılarını Böyük Britaniya üçün yenidən açdı, Böyük Britaniya Azərbaycanı bir daha kəşf etdi.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-London-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib

® İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Praqada Novruz bayramı qeyd olunub

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

Norveç şirkəti Misirdə 1,1 QVt gücündə günəş enerjisi stansiyası tikəcək

Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanda aqrar elmlərin inkişafı tarixi və müasir problemləri müzakirə edilib

Qazaxıstanda qar uçqunu nəticəsində bir nəfər ölüb

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

AMEA ilə Beynəlxalq Türk Akademiyasının əlaqələri genişləndirilir

Texnologiya nəhəngləri bir neçə ildən sonra süni intellektə ildə 500 milyard dollardan çox pul xərcləyəcək

XII Qlobal Bakı Forumu: Yeni dünya nizamında sülh, sabitlik və innovasiya - TƏHLİL

® “Azercell”dən Novruz bayramına xüsusi təklif!

RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Mərkəzi Bankın sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

® Unibankdan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Gürcüstanın Dəmir Yolu Məcəlləsi Aİ qanunvericiliyinə uyğunlaşdırılır

Bu il 420 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb ediləcək

BDU-nun Psixoloji yardım sektoru məktəblilər üçün təlim keçib

Aleksey Çernışov: Mövcud vəziyyət dəyişərsə, ukraynalıların təxminən 70 faizi vətənə qayıda bilər

Balakəndə ağacəkmə aksiyasında 500-dən çox ting əkilib

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb

Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Dövlət qulluğu vəzifələri üzrə 2465 namizədlə 4322 müsahibənin keçirilməsi planlaşdırılır

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib VİDEO

Qazaxıstan ikinci və üçüncü AES-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb

“Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa təşkil olunub

Novruz bayramına həsr olunmuş “Gənc Bahar” layihəsi uğurla başa çatıb

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi iki oyuna təyinatlar açıqlanıb

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı mütəxəssislərə müraciət etdi

Dünya nizamının transformasiyası: Azərbaycan müstəqillik nümunəsi göstərir - RƏY

Fələstinin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb

Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “Expressbank”da Daun Sindromu Günü keçirilib

Yeməkləri mikrodalğalı sobada plastik qablarda niyə qızdırmaq olmaz?

Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib

Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək

Fransa iqtisadiyyatı 2024-cü ilin sonunda kiçilib

Baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı müzakirə aparılıb

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarda 352 əkiz, 12 üçəm doğulub

ATGTİ sədri: Novruz bayramı gənclər arasında kreativ şəkildə təbliğ olunmalıdır

Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək

Dünyadakı müasir çağırışlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur - ŞƏRH

BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

Ötən il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb - ŞƏRH

® “FCHAIN” gənc gimnast Züleyxa Şabanovanı ad günü münasibətilə təbrik edib

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artıb

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Əziz Ələkbərli: Qərbi Azərbaycana böyük qayıdış bizim strateji hədəfimizdir

Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib

Lyova Mnatsakanyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb

İctimai iaşə dövriyyəsi artıb

Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib

“Sosial iş və sosial tədqiqat” mövzusunda beynəlxalq konfransına hazırlıq işləri davam edir

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO

Bu ilin iki ayında hər bir istehlakçı məhsul və xidmətlərə orta hesabla 577,6 manat xərcləyib

AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər

Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Yanvarda 4700-dən çox cütlük nikaha daxil olub

“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Büdcənin icrasında ÜDM-in 7,2 faizi qədər profisit yaranıb

İtaliyada qar uçqunu nəticəsində iki nəfər həlak olub

Abşeron dairəvi dəmir yolunda bazar günləri reyslərinin sayı 10-dan 15-ə çatdırılıb

BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

Ukraynalı nazir: Sülhməramlılarla bağlı ideya hərbçilərini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir

Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib

Naxçıvanda “İlandağ” geoloji parkı yaradılacaq

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayı açıqlanıb

Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

Azərbaycanda əhalinin sayı açıqlanıb

AFFA rəhbərliyi U-21 millisinin düşərgəsini ziyarət edib

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçiriləcək

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub

Muxtar respublikada ötən il 311 min ting əkilib

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır

“Barselona” rəhbərliyi Levandovskinin yerinə yeni hücumçu axtarır

Oya-oya, duya-duya – sənətkarın emalatxanasından REPORTAJ

“Səbail”in yeni baş məşqçisi: Çox çətin yükün altına girdiyimi yaxşı dərk edirəm

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib  YENİLƏNİB VİDEO