ELM VƏ TƏHSİL
“Azərbaycan kimya elminin korifeyləri” kitabı rus dilində çapdan çıxıb
Bakı, 22 noyabr, AZƏRTAC
“Azərbaycan kimya elminin korifeyləri” kitabı rus dilində çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, nəşrin baş elmi redaktoru akademik Dilqəm Tağıyevdir.
Kitab respublikamızda kimya elminin formalaşmasında və inkişafında mühüm xidmətlər göstərmiş, Azərbaycan və dünya elminə mühüm töhfələr vermiş, AMEA-nın həqiqi və müxbir üzvü seçilmiş kimyaçı alimlərin həyat və elmi yaradıcılıqlarına, qazandıqları nailiyyətlərə həsr edilib.
Nəşrdə kimya sahəsində elmi məktəblər yaradan alimlər haqqında biblioqrafik məlumatlar da yer alıb.
Kitab alim və mütəxəssislər, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]