İQTİSADİYYAT
Azərbaycan məhsulları Berlində nümayiş edilir
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan məhsulları Berlində nümayiş olunur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Almaniyanın paytaxtı Berlində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" sərgisi keçirilir. Sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 14 şirkət şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və sair məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendi ilə təqdim edir. Xüsusi zövq və dizaynla hazırlanmış "Made in Azerbaijan" stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır.
Sərgi yanvarın 27-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]