MƏDƏNİYYƏT
Azərbaycan “Moskva premyerası” festivalında iştirak edəcək
Moskva, 10 oktyabr, AZƏRTAC
Rusiya paytaxtında MDB ölkələrinin “Moskva premyerası” Beynəlxalq Kino Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan kinematoqrafçılarının iki filmi nümayiş etdiriləcək. Oktyabrın 29-dan noyabrın 3-dək davam edəcək festival MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçirilir.
Kinofestival çərçivəsində Azərbaycan kinematoqrafçılarının - Elmar İmanovun “Mövsümün sonu” və Teymur Hacıyevin “Duz, istiot zövqə görə” filmləri nümayiş olunacaq. Bütün filmlər istehsalçı ölkənin dilində, rus dilində subtitrlərlə təqdim ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [22:00]
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]