Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan neft tarixinin canlı əfsanəsi

Bu gün görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur

Bakı, 14 yanvar, Nihad Budaqov, AZƏRTAC

Yanvarın 14-də tanınmış neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik, neft tariximizin canlı əfsanəsi Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. O, Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işləri aparılmasında və oradakı karbohidrogen ehtiyatlarının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb. X.Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən çox neft-qaz yatağı kəşf edilərək istismara verilib. AZƏRTAC Xoşbəxt müəllimin mənalı həyat yolunun və zəngin fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Yüksək qiymətə layiq şərəfli həyat yolu

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” idarəsində başlayıb, daha sonra “Dənizneft” Birliyində, “Gürganneft” trestində (indiki “Neft Daşları” NQÇİ), “Başdənizneft” İdarəsində, “Xəzərdənizneft” Birliyində, “Azərineft” Dövlət Konsernində və Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildə SOCAR-ın vitse-prezidenti, 2016-cı ildə isə birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.

Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında neft və qaz yataqları, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf olunub və istismara daxil edilib. Azərbaycanın məşhur neftçi-aliminin xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz” qaz-kondensat, “Abşeron” kimi yataqların, eləcə də 2010-cu ildə SOCAR-ın öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olub.

Geologiya-mineralogiya elmləri doktoru, professor və AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə neft və qaz-kondensat yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb, “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyinin (İB) fəxri üzvü seçilib. Dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (“UNCOPA”) təşkilatının “Avropa xidmət” ordeni ilə təltif edilib. O, SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenlərinə, iki dəfə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Müstəqillik illərində isə əməyi Azərbaycanın “İstiqlal”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri, eləcə də Heydər Əliyev Mükafatı ilə qiymətləndirilib.

Böyük ömrün neft sənayesinin inkişafına həsr edilmiş 68 ili

Xoşbəxt müəllim nadir insanlardandır ki, ölkəmizdə həm bir milyardıncı ton, həm də iki milyardıncı ton neftin hasil olunmasında şəxsən iştirak edib. Bu böyük ömrün 68 ili Azərbaycan neft sənayesinin inkişafına həsr olunub. Onun adının qarşısında neftçi və alim sözləri yanaşı yazılır.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xoşbəxt Yusifzadə 1957-2018-ci illərdə Azərbaycan, rus və ingilis dillərində çoxsaylı elmi məqalələr dərc edib, habelə monoqrafiyalar, geoloji xəritə və atlaslar tərtib edib. Tutduğu vəzifədən asılı olmayaraq, elmi işdən heç vaxt ayrılmayıb. Onun elmi məqalələri, fundamental monoqrafiyaları bu gün neftçi-geoloqların, ali məktəblərin müvafiq fakültələrində mühazirə oxuyan müəllimlərin və təhsil alan tələbələrin stolüstü kitablarıdır.

Məşhur alimin və görkəmli istehsalat təşkilatçısı Xoşbəxt Yusifzadənin rəhbərliyi və iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri onun 200-dən çox elmi əsərində, o cümlədən 18 monoqrafiyasında və ixtirasında öz əksini tapıb.

X.Yusifzadə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin aktual problemlərinə, yanacaq-energetika kompleksinin inkişafına dair Azərbaycan paytaxtında və xarici ölkələrdə keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib, milli neft elminin, Azərbaycan geoloq və geofiziklərinin nailiyyətlərini uğurla nümayiş etdirib.

1988-ci ildən başlayaraq, X.Yusifzadə xarici şirkətlərlə birgə aparılmış bütün işlərdə, o cümlədən Xəzər dənizinin Azərbaycan sektoru və quru sahələri üzrə bu günədək bağlanmış 35 neft sazişinin hazırlanmasında və imzalanmasında bilavasitə iştirak edib.

Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində xidmətlərinə görə 2010-cu ildə Dövlət Neft Şirkətinin bir qrup mütəxəssisi ilə birlikdə UNESKO-nun xüsusi medalı ilə təltif olunub, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib.

Ulu öndər Heydər Əliyev onun proqnozlarına inanırdı

Azərbaycanın yeni neft strategiyasının müəllifi ümummilli lider Heydər Əliyev akademik Xoşbəxt Yusifzadənin proqnozlarına inanırdı. Təsadüfi deyil ki, Ulu Öndər çıxışlarında Xoşbəxt Yusifzadənin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda kəşf olunan neft-qaz yataqlarının təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyətə malik olduğunu dəfələrlə vurğulamışdı. Ulu öndər Heydər Əliyev onun haqqında deyirdi: “Azərbaycanda Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi bilən ikinci adam yoxdur”.

Bu, özünü ötən əsrin 90-cı illərinin əvvəllərində xarici neft şirkətləri ilə aparılan çətin danışıqlarda da göstərdi. Xoşbəxt müəllim “Əsrin müqaviləsi” ətrafında gedən prosesləri belə xatırlayır: “Xəzər dənizində xarici şirkətlərlə birlikdə iş görmək ideyası bizdə hələ keçmiş SSRİ dövründə - ötən əsrin 80-ci illərinin sonlarında meydana gəlmişdi. Lakin bu sahədə danışıqlar başa çatdırılmamışdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən respublikanın sükanı arxasına keçdikdən sonra bu işi sürətləndirdi. Bakıda başlanan danışıqlar İstanbulda, ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Tərkibi Ümummilli Lider tərəfindən müəyyən olunmuş nümayəndə heyəti (onun üzvlərindən biri də mən idim) 1994-cü ilin iyulunda Birləşmiş Ştatlara getdi. Orada danışıqlar 45 gün çəkdi. Danışıqlar asan getmirdi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik. Bir dəfə qarşı tərəf şərt qoydu: Azərbaycan Rusiya ilə razılığa gəlib Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsinizmi, bu, nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ ulu öndər Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, biz 7-8 il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə Ulu Öndərə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu. Nümayəndə heyətimizin digər üzvlərinə isə danışıqlarda iştirak edən şirkətlərə getmək, məsələni ətraflı izah etmək tapşırıldı. Yadımdadır ki, o vaxt mən “Yunokal” şirkətində oldum.

Nəzərə almaq lazımdır ki, o zaman müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub mürəkkəb vəziyyətlərdən çıxış yolları tapması və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət, bütün bu gərgin işin nəticəsində 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində “Azəri-Çıraq-Günəşli” (dərinsulu hissə) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə - BP, “Statoil”, “Amoco”, “TPAO”, “Itochu”, “ExxonMobil”, “LUKoil”, “Delta”, “Remco”, “McDermot”, “Hess” şirkətləri ilə sonralar tarixə “Əsrin müqaviləsi” kimi düşmüş hasilatın pay bölgüsü sazişi imzalandı. Həmin vaxtdan başlayaraq, müstəqil Azərbaycanın neft strategiyası dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi”.

Azərbaycana bir çox xarici təzyiqlərin olduğu belə bir mürəkkəb dövrdə “Əsrin müqaviləsi” bəzilərinə xəyal kimi görünsə də, onlardan fərqli olaraq X.Yusifzadə buna inanırdı. O, həmin dövrü belə xatırlayır: “Əlbəttə, təzyiqlər var idi, özü də bunlar güclü təzyiqlər idi. Təəssüf ki, xarici təzyiqlərə Azərbaycanın daxilində də müəyyən qüvvələr dəstək verirdilər. Bundan əlavə, dediyim kimi, Qərb şirkətləri ilə danışıqlarımız da rəvan getmirdi. Amma həmin danışıqların iştirakçısı kimi mən başlanmış işin uğurla nəticələnəcəyinə inanırdım. Çünki ortada iki mühüm faktor vardı. Biri o idi ki, bizim tərəfdaşlarımız - Qərbin iri neft şirkətləri çox yaxşı bilirdilər ki, Azəri-Çıraq-Günəşli yataqlarında zəngin karbohidrogen ehtiyatları mövcuddur və buraya qoyulan sərmayə heç vaxt batmayacaq. Digər mühüm faktor isə ulu öndər Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev iradəsi, qətiyyəti və müdrikliyi ilə, Ümummilli Liderin siyasi uzaqgörənliyi ilə bağlı idi. Partnyorlarımız Azərbaycanı etibarlı tərəfdaş kimi ulu öndər Heydər Əliyevin timsalında görürdülər. Danışıqların uğurla başa çatmasını və “Əsrin müqaviləsi”nin imzalanmasını da elə Ümummilli Liderin bu keyfiyyətləri təmin etdi”.

Xoşbəxt müəllim qədirbilən və qədri bilinən ziyalıdır

Şərəfli ömür sürmüş və böyük əmək yolu keçmiş X.Yusifzadə barıt qoxulu 40-cı illərin çörək talonları ilə böyümüş və 50-ci illərdə əmək cəbhəsinə atılmış nəslin nümayəndələrindən biridir. O, heç kəsi və heç nəyi unutmayan, qədirbilən və qədri bilinən ziyalı kimi xarakterizə olunur. X.Yusifzadəni təkcə Azərbaycanda deyil, xaricdə də neft sahəsinin səriştəli mütəxəssisi kimi tanıyırlar. O, ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Yaponiya, Kanada, Türkiyə, İran və bir sıra başqa ölkələrin neft şirkətləri ilə sıx əməkdaşlıq edib və hazırda da bu fəaliyyətini davam etdirməkdədir.

Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəni nəinki Azərbaycanda və keçmiş Sovet İttifaqında, eləcə də dünya miqyasında tanınmış mütəxəssis kimi qiymətləndirir. Prezidentin 2019-cu il dekabrın 19-da imzaladığı Sərəncama əsasən görkəmli neftçi-alimin 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Xoşbəxt Yusifzadə 90 illik yubileyi ərəfəsində Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

AZƏRTAC-ın kollektivi Xoşbəxt Yusifzadəni yubileyi və ən ali dövlət mükafatına layiq görülməsi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, gümrahlıq arzulayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib