İQTİSADİYYAT
Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndəsi Qazaxıstanda SPECA proqramının işçi qrupunun iclasında iştirak edəcəkdir
Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 20-21-də Qazaxıstanın Almatı şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının Xüsusi Proqramının (SPECA) “Nəqliyyat və sərhəd keçidi” üzrə layihə işçi qrupunun XVI iclası keçiriləcəkdir. Azərbaycanı bu iclasda Nəqliyyat Nazirliyinin nümayəndəsi təmsil edəcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, işçi qrupunun iclasında Asiya-Sakit okean regionunda nəqliyyatın inkişafı üzrə milli hesabatlar dinləniləcəkdir.
Bundan başqa, SPECA proqramının iştirakçı ölkələri arasında beynəlxalq intermodal nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq mexanizmləri və digər məsələlər müzakirə ediləcəkdir.
SPECA proqramında Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]