MƏDƏNİYYƏT
Azərbaycan növbəti dəfə Qəbələ Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edəcək
Bakı, 5 iyun, AZƏRTAC
İyulun 29-dan avqustun 3-dək IX Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat festivalın “facebook” səhifəsində yer alıb. Festivalın proqramı tezliklə açıqlanacaq.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən keçirilən festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Festival günlərində Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur. Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki, dünyanın müxtəlif ölkələrindən bu festivala gələn məşhur solistlərin, orkestrlərin ifası ilə mənəvi yaxınlığı hiss etməyə imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]