Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ AŞPA-DA ÇOX MÜHÜM SƏNƏD YAYMIŞDIR

Strasburq, 26 yanvar (AZƏRTAC). Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov indiyədək ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra problemlərlə bağlı 80-dən artıq sənəd hazırlamışdır. Onların böyük əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olmuşdur. Bəzi sənədlər isə ümumavropa məsələlərinə həsr olunmuşdur. Əlamətdar haldır ki, tövsiyə üçün təqdim olunmuş təklif və qətnamələr ətrafında bir sıra məruzələr təyin edilmiş, bəzi məruzələrin müəllifi kimi Rafael Hüseynovun özü çıxış emişdir.

AŞPA-nın qış sessiyasının ilk iş günündə R.Hüseynov ümumavropa əhəmiyyətli daha bir sənəd hazırlamışdır. Bu sənəddə Avropa ölkələrinin intellektual baxımdan daha da yaxınlaşmasını nəzərdə tutan maraqlı ideya irəli sürülmüşdür. Təhsil sistemlərinin getdikcə yaxınlaşması onların ortaq dərsliklər və tədris üsullarına yiyələnməsini tələb edir. Sənəddə bu problem geniş şəkildə əksini tapmışdır.

20-dən artıq deputatın imzaladığı bu sənəd Avropa Şurasının katibliyi tərəfindən nəşr edilmişdir. AŞPA büro iclaslarının birində sənədin növbəti mərhələsi ilə əlaqədar müzakirə keçirəcəkdir.

“Avropa təhsil şəbəkəsində ortaq dərsliklərdən istifadənin məqsədəuyğunluğu” adlı sənəddə deyilir: Avropa ölkələri arasında getdikcə artan çoxsahəli əməkdaşlıq bu ölkələrin bir-biri ilə daha artıq yaxınlaşmasını və qarşılıqlı anlaşmanın dərinləşməsini təmin etməklə bütöv Avropanın formalaşmasına aparan yolu da qısaldır. XX əsrin əvvəllərində biri digərindən qanlı müharibələrlə ayrılan bir sıra Avropa dövlətlərinin bu gün birlikdə ümumi məqsədlər uğrunda mübarizə aparması müştərək Avropa Evinin yaranması üçün ciddi bünövrə sayılmalıdır. Avropa Şurası, ATƏT, Avropa İttifaqı də digər mühüm Avropa strukturlarının ardıcıl fəaliyyələri ümumavropa məkanının təşəkkülü, ümumavropa qanunvericilik sisteminin həmqərar olmasına müsbət töhfələr vermişdir. Lakin, həmin proseslərin daha da sürətlənməsi, Avropa xalqlarını ayıran ən müxtəlif sərhədlərin daha da intensiv şəkildə aradan götürülməsini təmin edəcək bir sıra imkanlar vardır ki, onlardan istifadə zəruridir.

Avropa ölkələrinin təhsil sistemində son illərdə ortaq prinsiplərin tətbiq edilməsində əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Xüsusən, uzun müddət qapalı rejimlər içərisində mövcud olan və yeni müstəqillik əldə etmiş dövlətlərin təhsil sistemində aparılan islahatlar, modernləşmə təmayülləri və Avropa sandartlarına uyğunlaşma istiqamətində görülən işlər ümumavropa təhsil məkanında prinsipial fərqlərin tədricən aradan çıxmasına gətirib çıxarır.

Avropa ölkələrində bir sıra əsas fənlər üzrə ortaq dərsliklərin istifadə olunması həm qitənin təhsil sistemində, həm də Avropa xalqlarının bir-birlərini daha yaxşı tanımasına, intellekt və mənəvi keyfiyyətləri baxımından vahidləşməsinə təsirli təkan verə bilər.

Avropa ölkələrinin tarixi, ədəbiyyatı və mədəniyyəti ənənəvi olaraq, qitə dövlətlərinin orta və ali məktəblərində tədris edilir. Lakin bu dərsliklər fərqli konsepsiyalar və yanaşmalar əsasında hazırlandığından bir Avropa ölkəsinin Avropa tarixi və ədəbiyyatı haqqında öz gənc nəslinə verdiyi biliklər başqa Avropa ölkəsininkindən bir çox təfərrüatları ilə seçilir. Avropanın hansısa xalqının tarixindəki ümumavropa inkişafı baxımından maraq kəsb edən səhifələr digər Avropa ölkəsinin öyrəncisinə naməlum qalır, yaxud hansısa Avropa xalqının ədəbiyyat və sənət tarixində misilsiz izləri olan klassikləri digərlərinə tanıdılmır.

İldən-ilə daha qabarıq görünən reallığa çevrilən Avropa məkanı, ortaq Avropa evi ideyası özü tələb edir ki, bu qitənin insanlarının özünü tam mənada avropalı hesab edə bilməsi üçün nabələdlik sindromlarından daha çox təmizlənsin.

Özünü Avropanın övladı saymaq bilikdən başlanır və bu təməl biliyi də ilk növbədə sabit təhsil sistemi ortaya qoymağa qadirdir.

Müştərək dərsliklərin hazırlanması müxtəlif üsullarla həyata keçirilə bilər. Bunun üçün ayrı-ayrı qitə ölkələrində olan müvafiq dərsliklərin ən yaxşıları seçilərək onlar zəruri fəsillərdə təkmilləşdirilməli, ya da sınaqdan keçmiş uğurlu dərsliklərin təcrübəsi ümumiləşdirilərək tamam yeni dərsliklər hazırlanmalıdır.

Ümumavropa tədris məkanı üçün nəzərdə tutulmuş dərsliklərdə başlıca meyarlardan biri diqqətin Avropa xalqlarını bir-birinə yaxınlaşdıran məqamların əsas fon kimi götürülməsinə yönəldilməsindən ibarət olmalıdır.

Avropa Şurası üzv ölkələr arasında bu istiqamədə ən nüfuzlu əlaqələndirici funksiyasını yerinə yetirmək iqtidarındadır.

İdeyanın gerçəkləşdirilməsi üçün tövsiyələr hazırlanmışdır: Problemi təfərrüatları ilə araşdırmaq və ortaq dərsliklərin konsepsiyalarını müəyyənləşdirmək üçün AŞPA-nın mədəniyyət, elm və təhsil komissiyasında məruzəçi təyin edilməsi, üzv ölkələrin tanınmış mütəxəssislərinin iştirakı ilə xüsusi kollokviumun keçirilməsi və Nazirlər Komitəsinin səlahiyyətləri çərçivəsində üzv ölkələrlə müvafiq iş aparılması tövsiyələr sırasındadır.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib