İDMAN
Azərbaycan parataekvondoçuları Arubada keçirilmiş dünya çempionatında 15 medal qazanmışlar
Bakı, 23 noyabr (AZƏRTAC). Arubanın Santa-Kruz şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın parataekvondo üzrə milli komandası 15 medal qazanmışdır.
AZƏRTAC xəbər verir ki, çempionatda 14 ölkədən 53 idmançı birincilik uğrunda mübarizə aparmışdır.
On iki final görüşü keçirən Azərbaycan idmançılarından Emil Nüsrəddinov (A6, 58 kq), Nicat Müslümov (A6, 68 kq), Hüseyn Həsənov (A8, 80 kq), Vüsal İsmayılov (A6, 80 kq), Vüqar Adışirinov (A8, 80 kq-dan yuxarı) və Aynur Məmmədova (A8, 57 kq) qızıl medal qazanmışlar.
Gümüş mükafata Namiq Abbasov (A5, 58 kq), Rövşən Qəhrəmanlı (A8, 58 kq), Anar Hüseynov (A5, 68 kq), Rövşən Rzayev (A8, 80 kq), Cahangir Bayramov (A8, 80 kq-dan yuxarı) və Röyalə Fətəliyeva (A8, 49 kq) sahib olmuşlar.
Yarışda Mahmud Səmədov (A8, 68 kq), Əbülfəz Abuzərli (A8, 68 kq) və Aleksandr Polişuk (A6, 80 kq) isə üçüncü yeri tutmuşlar.
Azərbaycan idmançılarının bu uğuru Dünya Taekvondo Federasiyasının rəsmi internet səhifəsində geniş işıqlandırılmışdır.