RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN “BECHTEL CORPORATİON” ŞİRKƏTİNİN BAŞ VİTSE-PREZİDENTİ VƏ AVROPA, AFRİKA, YAXIN ŞƏRQ, CƏNUB-QƏRBİ ASİYA REGİONLARI ÜZRƏ PREZİDENTİ ÇARLZ REDMANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Prezident sarayında ABŞ-ın “Bechtel Corporation” şirkətinin baş vitse-prezidenti və Avropa, Afrika, Yaxın Şərq, Cənub-qərbi Asiya regionları üzrə prezidenti Çarlz Redmanı qəbul etmişdir.
Çarlz Redman Azərbaycanda iqtisadi sahədə çox böyük uğurların əldə edildiyini vurğulayaraq, təmsil etdiyi şirkətin ölkəmizlə əməkdaşlığa böyük maraq göstərdiyini bildirdi. O, səfəri zamanı bu əməkdaşlığın gələcək perspektivlərinin konkret istiqamətləri barədə səmərəli müzakirələr apardığını söylədi.
Dövlətimizin başçısı Azərbaycanın bütün digər sahələrlə yanaşı, iqtisadi sahədə də sürətli inkişafa nail olduğunu bildirdi. Prezident İlham Əliyev xarici şirkətlərin Azərbaycanda səmərəli fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını və ölkəmizin bu sahədə yaxşı təcrübəyə malik olduğunu vurğuladı.